Azərbaycan-NATO əməkdaşlığının
perspektivləri ətrafında
fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 28-də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi
Xavyer Kolominanı qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Xavyer Kolomina NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yens Stoltenberqə çatdırmağı
xahiş etdi.
Görüşdə dövlətimizin başçısının
ötən ilin sonunda NATO-nun mənzil-qərargahına
səfəri və səfər çərçivəsində
Baş katiblə görüşü, həmçinin
Şimali Atlantika Şurasının iclasında
çıxışı xatırlandı. Eyni zamanda,
NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək
missiyasında ölkəmizin
iştirakı qeyd edildi.
Söhbət zamanı postmünaqişə
dövründə Azərbaycanla
Ermənistan arasında
münasibətlərin normallaşdırılması
prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik
ilə bağlı məsələlər və
Azərbaycan-NATO əməkdaşlığının
perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2022.-29 aprel.- S.1.