Tahir Budaqov: Akademik Zərifə xanım Əliyeva tibb elminin inkişafına misilsiz töhfələr verib

 

Bu gün ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunur. Bu əlamətdar hadisə münasibətilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Zərifə xanım Əliyevanın mənalı, zəngin həyat və fəaliyyətinə həsr olunmuş konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, konfransda Zərifə xanım Əliyevanın fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə çox maraqlı məruzələr dinlənilib. Onun sözlərinə görə, biz Zərifə xanımın həyat və fəaliyyətinə nəzər saldıqda əldə etdiyi nailiyyətləri, xalqa göstərdiyi xidmətləri xüsusi qeyd etməliyik. Eyni zamanda, Zərifə xanım vəfalı həyat yoldaşı və qayğıkeş ana kimi də ailəsinə çox bağlı olub.

Ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti zamanı Zərifə xanım Əliyeva hər zaman Ümummilli Liderimizə dəstək olub. Eyni zamanda, Zərifə xanım bu gün respublikamıza rəhbərlik edən Prezident İlham Əliyevin anası kimi onun tərbiyə olunmasında, milli mənəvi-əxlaqi dəyərlərin əxz olunmasında müstəsna xidmətləri olub. Bununla yanaşı, Zərifə xanım böyük alim kimi səhiyyə və elm sahəsində misilsiz xidmətlər göstərib. Zərifə xanım Əliyevanın bir sıra elmi araşdırmaları keçmiş SSRİ miqyasında da tanınıb və bir sıra ali mükafatlara layiq görülüb. Onun elmi araşdırmaları və səhiyyə sisteminə verdiyi töhfələr bu günöz aktuallığını qoruyub saxlayır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

 

Azərbaycan.- 2022.- 29 aprel.- S.3.