Latviya Baş nazirinin müavini: Azərbaycan regionda strateji tərəfdaşımızdır

Şuşada tarixi binaların dağıdılması çox acınacaqlı haldır. Burada böyük bərpa işləri aparılır. Fərəhləndirici haldır ki, həyat və tarix buraya geri dönür.

Bunu Şuşada latviyalı rəssam Dase Ştrausanın “Qarabağ atları” adlı rəsm sərgisinin açılışında iştirak edən Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks AZƏRTAC-a müsahibəsində deyib.

“Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanda məni çox səmimiyyətlə, yüksək səviyyədə qarşıladılar. Azərbaycan regionda bizim strateji tərəfdaşımızdır. Biz dostluğumuza çox sevinirik. Dövlətlərimiz arasında heç bir problem yoxdur. Bizim yeganə istəyimiz münasibətləri, o cümlədən iqtisadisiyasi sahələrdə əlaqələri genişləndirməkdir. Əlbəttə, biz Avropa İttifaqının və NATO-nun üzv dövləti olaraq, Azərbaycanı bütünlükdə Avropa İttifaqına mümkün qədər yaxın görmək istərdik. Biz Azərbaycanı beynəlxalq təşkilatlarda dəstəkləyirik. Buna görə də regionla, o cümlədən Azərbaycanla münasibətləri genişləndirmək lazımdır”, - deyə A.Pabriks qeyd edib.

Latviya Baş nazirinin müavini mina təhlükəsi məsələsinə toxunaraq bunun böyük fəlakət olduğunu vurğulayıb: “Biz bilirik ki, Qarabağın ərazisi tamamilə minalanıb. Bunu başa düşürük. Çünki Latviya iki müharibədən keçibBirinciİkinci Dünya müharibələrindən. Hətta indibiz hər həftə o dövrdən qalan silah-sursatlar, minalar aşkarlayırıq. Bizim dənizimiz minalarla doludur. Biz ekspertlərimizlə və ya bu sahədə təlimlə Azərbaycana kömək göstərməyə çox şad olardıq”.

 

Azərbaycan.- 2022.- 29 aprel.- S.4.