SOCAR-laUniper” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

 

Aprelin 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, birinci vitse-prezident Rövşən Nəcəf qurumun strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi ilə “Uniper” şirkəti arasında əlaqələrdən, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs edib, bu xüsusda Əlaqələndirmə Komitəsinin fəaliyyətinin əhəmiyyətinə toxunub. O, birgə layihələrin icrasında “Uniper” şirkətinin müvafiq təcrübəsinin önəmli rolunu qeyd edib.

Azərbaycana ilk səfərindən məmnunluq ifadə edən Klaus-Diter Maubax SOCAR ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirib və bu biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə SOCAR ilə “Uniper” şirkəti arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə, enerji keçidi, o cümlədən bərpaolunan enerji ilə bağlı mövzulara və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.- 29 aprel.- S.6.