İsveçli fotoqraf: Şuşaya səfərimin məqsədi Azərbaycan tarixi barədə Avropa ictimaiyyətini ətraflı məlumatlandırmaqdır

 

Şuşa şəhərinə səfər etməyimin əsas məqsədi bu şəhərin təkcə Azərbaycanın deyil, həmçinin türk dünyasının mühüm mədəniyyət mərkəzi olduğunu bütün Avropa ölkələrinə və dünyaya çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri isveçli fotoqraf, sənədli filmlər üzrə rejissor Mikael Silkeberq deyib.

O qeyd edib ki, Azərbaycanın ecazkar muğamının müasir Avropa caz musiqisi ilə oxşarlıqları varbu sintez haqqında avropalılara məlumat vermək lazımdır.

“Həmçinin mənim məqsədim buradakı bir neçə aktyorun iştirakı ilə VaqifBülbül obrazlarını yaratmaqdır. Onlar vasitəsilə bu şəxsiyyətlər haqqında, həmçinin Azərbaycanın mədəniyyəti və tarixi barədə Avropa ictimaiyyətinə daha ətraflı məlumat vermək istəyirəm”, - deyə rejissor qeyd edib.

 

Azərbaycan.- 2022.- 29 aprel.- S.10.