Qafqaz gündəliyini İLHAM ƏLİYEV müəyyən
edir
AzərbaycanPrezidentibölgəninyeniinkişafvə əməkdaşlıqformatını
yaradır
Şuşada başlayan "CənubiQafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans dünən işini Bakıda – ADA Universitetində davam etdirdi. Konfransda iştirak edən Prezident İlham Əliyev çıxışında regionda sülhün təmini üçün Azərbaycanın təşəbbüslərini və prioritetlərini açıqladı, yeni mesajlar verdi.
Azərbaycanın 5 prinsipi beynəlxalq səviyyədə
təqdir olunur
Artıq ilyarımdır ki,
regionda başqa reallıqlar hakimdir. Torpaqlarını azad
edən Azərbaycan Ermənistanın işğal siyasətinə
son qoyub. Bu reallıqlar həm də ondan
ibarətdir ki, dünya ermənilərin Azərbaycan
torpaqlarına da dair iddialarını yaxına buraxmır.
Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması ilə bağlı gündəliyi
isə Prezident İlham Əliyev müəyyən edir.
Məlum olduğu kimi, bir
müddət əvvəl Azərbaycan Ermənistana 5 prinsipdən
ibarət təklif göndərib. Hazırda
normallaşma prosesinin əsas komponenti Azərbaycanın irəli
sürdüyü 5 maddədən ibarət təklif və
bunun əsasında predmetli danışıqların aparılmasından
ibarətdir.
Bu prinsiplər beynəlxalq səviyyədə
də təqdir olunur. Avropa İttifaqı da Azərbaycanın təkliflərini
dəstəkləyir.
Başqa çıxış yolu
olmayan Ermənistanın isə Azərbaycanın beş prinsipini qəbul etməkdən başqa
yolu yoxdur. Çünki bunun əksinə getmək
sülhə və təhlükəsizliyə qarşı
çıxmaq olar ki, bunun da Ermənistan üçün nə
ilə nəticələnə biləcəyini İrəvanda
yaxşı anlayırlar.
Prezident İlham Əliyev ADA
Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq"
mövzusunda beynəlxalq konfransda bu barədə fikirlərini
açıqlayıb. Dövlət
başçısı bildirib ki, bizim açıq bəyan
edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən
qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz
Cənubi Qafqazda regional inkişaf üçün yeni
imkanların yaradılmasına yönəldilib. "Bu,
təkcə Azərbaycan və Ermənistan arasında deyil,
ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir",
- deyə Prezident bildirib. Dövlət
başçısı onu da bildirib ki, Ermənistan da başa
düşməlidir ki, onlar regionda təcrid edilmiş ada kimi
yaşaya bilməzlər.
Minsk qrupu artıq yoxdur
Azərbaycanın yaratdığı
yeni reallıqlarda,
regionda münasibətlərin
normallaşdırılması prosesində diqqəti çəkən
başqa bir məqam vasitəçiliklə bağlı
missiyanın dəyişməsi, yeni formatın
yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı
üzərinə götürüb və ötən ilin
dekabrından başlanan "Brüssel prosesi"nin gedişatı onun nəticəyönümlü
olmasına hesablanıb. Artıq bu prosesdə
ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer
yoxdur. Eyni zamanda yeni format göstərir
ki, Azərbaycanın yaratdığı reallıqlar Minsk
qrupunu tarixin arxivinə göndərib. "Biz
Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini
alqışlayırıq. İndi Minsk qrupu mövcud
deyil, ona görə düşünürük ki, Avropa
İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər",
- deyə Prezident İlham Əliyev ADA Universitetində "Cənubi
Qafqaz: İnkişaf və əməkdaşlıq"
mövzusunda beynəlxalq konfransda deyib.
Bundan əvvəl isə Prezident
İlham Əliyev aprelin 22-də Şuşa
şəhərində keçirilən Dünya Azərbaycanlılarının
Zəfər Qurultayında Minsk qrupunun fəaliyyətini şərh
edərkən demişdi: "Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan
arasında normallaşma prosesində çox fəal
iştirak edir. ATƏT, hansı ki, çox
yaxşı başa düşür Minsk qrupu artıq yoxdur.
Düzdür, mən bir neçə ay bundan əvvəl,
hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl
demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə
ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə
onların yaranmasının 30 illik yubileyidir. Yubiley
keçirəcəklər, sonra pensiyaya gedəcəklər.
Amma Rusiya-Ukrayna müharibəsi başlayandan
sonra heç yubiley keçirməyə bunlarda fürsət
olmadı".
Dövlət
başçısının Minsk qrupu ilə bağlı
ironik formada söylədiyi bu sözlər 1992-ci ildən vasitəçilik
missiyasını həyata keçirən qrupun fəaliyyətinə,
daha doğrusu, fəaliyyətsizliyinə verilən ən
obyektiv qiymət oldu. Vətən müharibəsinə qədər 28 il müddətdə Dağlıq Qarabağ
probleminin yoluna qoyulması istiqamətində irəliyə
doğru bir addım da atmağa nail ola bilməyən
missiyanın vasitəçiliyinə artıq nə Rusiya, nə
də Qərb lüzum görmür. Azərbaycanın
yaratdığı yeni reallıqlarda belə bir missiyaya yer
olmadığını hər bir tərəf aydın şəkildə
dərk edir.
Heydər
ƏLİYEV: "Siz bu yetkinlik
dövründə heç nə edə bilməyibsinizsə, əlbəttə,
nikbinlik üçün heç bir əsas
olmayacaqdır"
Xatırladaq ki, qrupun tarixi
ATƏM-in Xarici İşlər Nazirləri
Şurasının 1992-ci ilin martında Helsinkidə
keçirilmiş görüşündən başlayır. Belə ki, həmin
görüşdə Dağlıq Qarabağda vəziyyət
müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə həll edilməsinə
dair Minsk konfransının çağırılması
haqqında qərar qəbul edilmişdi. 1994-cü
ildə isə həmsədrlik institutu təsis olunub.
Lakin Vətən müharibəsinə
qədər 28 il müddətində ATƏT-in Minsk qrupu
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
qətiyyət və obyektivlik nümayiş etdirməkdən
tamamilə uzaq oldu. İşğalçının da,
işğala məruz qalanın da hansı tərəf
olduğu aydın şəkildə bəlli olsa da, problemin
danışıqlar yolu ilə həllində birbaşa
iştirak edən missiya bu dövrdə öz mandatına
uyğun fəaliyyət göstərə, münaqişənin
sülh yolu ilə həllinə nail ola
bilmədi, üstəlik, daim ikili standartlardan
çıxış etdi. BMT qətnamələrinin
icrasını, Azərbaycan ərazilərinin işğaldan
azad olunmasını Ermənistandan tələb etməyən
həmsədrlər həmişə onu da cidd-cəhdlə bəyan
edirdilər ki, münaqişənin güc yolu ilə həlli
yoxdur. Gözdən pərdə asmaq
üçün isə hərdən bir status-kvonun qəbuledilməz
olduğunu bildirirdilər.
Zaman göstərdi ki,
münaqişəni dondurulmuş vəziyyətdə
saxlamaqla, Ermənistanın işğal siyasətinə
dolayısı ilə dəstək verilirdi. Düşünürdülər
ki, illər
ötdükcə Azərbaycan xalqı vəziyyətlə
barışacaq. Lakin tarix sübut etdi ki,
yanılırdılar.
Minsk qrupunun fəaliyyətsizliyini
xalqımızın Ulu Öndəri Heydər Əliyev də
həmsədrlərlə görüşdə birbaşa
onların özünə deyirdi. Məsələn, 2001-ci ilin noyabr
ayında həmsədrləri qəbul edən Ulu Öndər
özünəməxsus yumorla və həm də ironiya ilə
bu barədə demişdi: "Sizin də, bizim də bir məqsədimiz
var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsini sülh yolu ilə həll etmək. Mən
dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin artıq 13
yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma
görün, neçə illər keçibdir, məsələ
həll olunmayıbdır. Əgər bir az
da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük
oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək.
Ona görə də biz düşünməliyik
ki, bu yaşlar nə qədər artacaqdır". Ulu Öndər fikirlərini davam etdirərək həmsədrlərə
xitabən demişdi ki, əgər siz bu yetkinlik dövründə
heç nə edə bilməyibsinizsə, əlbəttə,
nikbinlik üçün heç bir əsas olmayacaqdır.
Xüsusi
tapşırıqlar üzrə səfir və Qafqaz bölgəsi
danışıqları üzrə ali
müşavir
2020-ci ilin Vətən
müharibəsində torpaqlarını azad edən Azərbaycan
göstərdi ki, münaqişəni güc yolu ilə də
yoluna qoymaq mümkündür. Beləliklə, Minsk
qrupunun 28 ildə edə bilmədiyini İlham Əliyev 44
günə döyüş yolu ilə yoluna qoydu. Ermənistan "dəmir yumruq"la BMT qətnamələrinin
tələblərini yerinə yetirməyə məcbur edildi.
Maraqlıdır ki,
müharibə günlərində də Minsk qrupunun həmsədrləri
münaqişənin sülh yolu ilə həllinin vacibliyini
vurğulayırdılar. Hansı ki, o sülhü onlar heç
vaxt təmin edə bilmədilər. Baxmayaraq
ki, o sülhü əldə etmək üçün kifayət
qədər aydın və konkret mexanizmlər var idi. Bu
sülhün əldə edilməsinin yolları beynəlxalq hüquqla da dəqiq
təsbit olunmuşdu.
2020-ci ilin dekabrında Minsk qrupunun
Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən
Prezident İlham Əliyev Azərbaycanın
30 ilə yaxın davam edən münaqişəni güc yolu
ilə həll etdiyini və Minsk qrupunun 28 il ərzində
problemin həllində heç bir rol
oynamadığını birbaşa onların özünə
bildirdi. Aradan ötən qısa dövr isə
göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın
yaratdığı reallıqları bölüşür.
Avropa İttifaqı Şurasının rəhbəri
Şarl Mişel artıq heç bir
çıxışında və ya bəyanatında Minsk
qrupunun adını belə çəkmir. Rusiya isə xüsusi tapşırıqlar üzrə
səfir İqor Xovayevi Azərbaycanla Ermənistan arasında
münasibətlərin normallaşmasının təşviqi
üzrə xüsusi nümayəndə təyin edib. İqor Xovayev bu missiya ilə bir dəfə
Bakıda səfərdə olub. ABŞ-dan olan Endryu
Şofer isə Dövlət Departamentinin Qafqaz bölgəsi
danışıqları üzrə ali
müşaviri kimi bir neçə günlüyə Bakıya
gəlmişdi.
Göründüyü kimi,
Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu
da "status" kimi tarixin arxivinə göndərib. Qafqaz gündəliyini
isə birmənalı olaraq İlham Əliyev müəyyən
edir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.-30 aprel.- S.1; 7.