Fələstin Dövlətinin
Prezidenti Zati-aliləri
cənab Mahmud Abbasa
Hörmətli cənab
Prezident,
Azərbaycan Respublikası ilə Fələstin Dövləti
arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyi ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən
təbrik edirəm.
Biz dini və mədəni köklərlə bir-birinə
bağlı olan ölkələrimiz arasında
dostluq və əməkdaşlıq münasibətlərinə
xüsusi əhəmiyyət
veririk. Azərbaycan ölkənizlə bağlı
bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərək Fələstin
məsələsinin həlli
prosesinə, regionda sülh və təhlükəsizliyin təmin
olunmasına töhfə
vermişdir.
İnanıram ki, Azərbaycan-Fələstin
dostluq münasibətlərinin
xoş ənənələri
xalqlarımızın iradəsinə
uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda
bundan sonra da inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə
uğurlar, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2022-ci il
Azərbaycan.-
2022.- 30 aprel.- S.8.