İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi, səmərəliliyin artırılması, bu sahəyə ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və istehlakçıların istilik təchizatına olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi tanınmış beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin artırılması, bərpaolunan enerji mənbələrindən bu məqsədlə istifadə, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərini 9 (doqquz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 (doqquz) ay müddətində:

2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilikisti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. enerji resurslarından səmərəli istifadə edilməsi  tikinti obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi məqsədilə isti suistilik təchizatı sahəsini tənzimləyən texniki normativ-hüquqi aktların hazırlanmasını və ya təkmilləşdirilməsini təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikasının Energetika Nazirliyinin təklifləri əsasında "İstilik təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2022-ci il

 

Azərbaycan. - 2022.- 30 aprel.- S.8.