Fövqəladə Hallar
Nazirliyində operativ iclas
Aprelin 29-da Fövqəladə Hallar Nazirliyində (FHN) nazir
general-polkovnik Kəmaləddin
Heydərovun rəhbərliyi
ilə operativ iclas keçirilib.
FHN-in mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda nazir müavinləri
və müvafiq struktur bölmələrinin
rəhbərləri iştirak
ediblər.
İclasda, əvvəlcə,
nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı
Zeynalabdin qəsəbəsində
yerləşən “Azərsun
Sənaye Parkı”nın
ərazisində baş
vermiş yanğının
söndürülməsi zamanı
göstərdikləri fədakarlığa
görə Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına
təşəkkürlərini çatdırıb.
İclasda “Azərsun
Sənaye Parkı”nın ərazisində
baş vermiş yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə
olunub, aidiyyəti strukturların rəhbərlərinin
məruzələri dinlənilib.
Nazir yanğınla bağlı
yaradılmış istintaq
qrupu tərəfindən
hadisənin səbəblərinin
hərtərəfli və
obyektiv araşdırılması
üçün aidiyyəti
üzrə müvafiq
tapşırıqlar verib.
Həmçinin bundan əvvəl keçirilmiş iclaslarda
verilmiş tapşırıqların
davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini
tənzimləyən normativ-hüquqi
aktlarda müvafiq dəyişikliklərin edilməsi
ilə bağlı layihələrin hazırlanması
istiqamətində görülən
işlərə toxunulub,
tapşırıqlar verilib.
Azərbaycan.- 2022.- 30 aprel.- S.10.