Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

 

Aprelin 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev Azərbaycan Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxilixarici siyasəti, müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə tərəqqi və inkişafa nail olunduğunu bildirərək, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin də uğurla icra edildiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının yüksək standartlaramüasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələr verməklə, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, korrupsiya hüquqpozmalarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı dönüş yaradılıb, prokurorluqların fəaliyyətində şəffaflığın, bürokratizmin aradan qaldırılması təmin edilib.

Baş prokuror Kamran Əliyev əldə olunmuş uğurların davamlı xarakter alaraq daha da inkişaf etdirilməsində Bakı şəhərinin prokurorluq orqanlarının xüsusi rol və əhəmiyyətini vurğulayaraq, şəhər prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə əmin olduğunu bildirib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə çalışacaqlarını qeyd edib.

Müşavirəyə yekun vuran Baş prokuror Kamran Əliyev Bakı şəhərinin prokurorluq orqanlarının fəaliyyətinin cinayət və cinayət-prosessual qanunvericiliyinin, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunununsair normativ xarakterli hüquqi aktların tələblərinə uyğun surətdə digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə qurulmasına dair konkret tapşırıqlar verib.

 

Azərbaycan.- 2022.-29 aprel.- S.5.