Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608,  ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883, ¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab), maddələr 1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr 4, 6, 15, 18, 23, 44, ¹ 3, maddələr 374, 389, ¹ 4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə 1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹ 12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222, ¹ 5, maddələr 505, 515, 519, ¹ 6, maddələr 670, 672, 681, ¹ 7, maddələr 838, 841, 846, 854, ¹ 8, maddələr 1008, 1011, ¹ 9, maddə 1138,   ¹ 11, maddələr 1332, 1333, 1336, ¹ 12 (I kitab), maddələr 1432, 1440; 2021, ¹ 4, maddə 306, ¹ 5, maddə 428, ¹ 6 (I kitab), maddələr 535, 541, 546, 560, ¹ 7, maddələr 701, 705, 711, ¹ 8, maddə 894, ¹ 11, maddə 1208, ¹ 12, maddələr 1306, 1334; 2022, ¹ 1, maddə 2, ¹ 2, maddə 89; Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 487-VIQD nömrəli və 26 aprel tarixli 517-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 54.2-ci maddəyə "Bu Məcəllənin" sözlərindən sonra "162-1," rəqəmləri əlavə edilsin.

 

2. Aşağıdakı məzmunda 162-1-ci maddə əlavə edilsin:

 

"Maddə 162-1. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması

 

162-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə -

 

vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.

 

162-1.2. Orqan donorluğutransplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə -

 

vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 

162-1.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə -

 

vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

 

162-1.4. Canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə -

 

beş yüz manatadək məbləğdə cərimə edilir.

 

162-1.5. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılmasına görə -

 

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

 

Qeyd: Bu Məcəllənin 162-1.1-ci və 162-1.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.".

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 22 iyun 2022-ci il

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.2.