"Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının
2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanununun
tətbiqi və "Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 137.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 278 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4 (II kitab), maddə 257; 2015, ¹ 5, maddə 542; 2018, ¹ 3, maddə 447, ¹ 4, maddə 679; 2020, ¹ 5, maddə 563; 2021, ¹ 6 (I kitab), maddə 565) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddə "və 98.4-cü" sözləri ", 98.4-cü və 137.2-ci" sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin Məcəllənin 137.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;".
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 22 iyun tarixli 553-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 2 avqust.- S.2.