Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
2001-ci il 26 dekabr tarixli 614 nömrəli, "Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının
işçilərinin say həddinin
müəyyən edilməsi barədə" 2006-cı il 25 may tarixli
413 nömrəli, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" 2017-ci il 6 sentyabr
tarixli 1592 nömrəli fərmanlarında
dəyişiklik edilməsi və "İnsan
orqan və (və ya)
toxumalarının transplantasiyası haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" 2000-ci il 15 yanvar tarixli
251 nömrəli Fərmanının ləğv edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 760; 2003, ¹ 9, maddə 479; 2005, ¹ 1, maddə 15; 2011, ¹ 3, maddə 180; 2016, ¹ 2 (II kitab), maddə 227; 2020, ¹ 8, maddə 1037; 2021, ¹ 11, maddə 1212) 2-ci hissəsinin üçüncü abzasından "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin üçüncü abzasında," sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə 770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹ 11, maddələr 967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə 855; 2013, ¹ 2, maddə 114, ¹ 6, maddə 651, ¹ 9, maddələr 1060, 1061; 2016, ¹ 3, maddə 436; 2017, ¹ 10, maddə 1781; 2018, ¹ 2, maddə 217, ¹ 5, maddə 932, ¹ 10, maddə 1990; 2019, ¹ 12, maddə 1953; 2020, ¹ 3, maddə 228, ¹ 6, maddə 690, ¹ 8, maddə 1036; 2021, ¹ 4, maddə 327, ¹ 6 (I kitab) maddə 570, ¹ 8, maddə 920; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli və 10 iyun tarixli 1713 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.14-1-ci bənd əlavə edilsin:
"8.14-1. orqan donorluğu və transplantasiya sahəsində "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq;".
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 9, maddə 1639; 2019, ¹ 2, maddə 219; 2020, ¹ 6, maddə 690, ¹ 12 (I kitab), maddə 1483; 2021, ¹ 6 (I kitab), maddə 570, ¹ 11, maddə 1219; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.9-1-ci yarımbənd əlavə edilsin:
"3.1.9-1. insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin edir;".
4. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 30) ləğv edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 2 avqust.- S.3.