Baş nazir Əli
Əsədov İranın Birinci
vitse-prezidentinə başsağlığı verib
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov İran
İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd
Moxberə başsağlığı məktubu
ünvanlayıb.
Nazirlər
Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii
fəlakət nəticəsində böyük insan tələfatı
və dağıntılar barədə xəbərdən kədərləndiyini
bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak
olanların ailələrinə və yaxınlarına dərin
hüznlə başsağlığı verib, yaralananlara və
xəsarət alanlara şəfa diləyib.
Azərbaycan.- 2022.- 2 avqust.- S.3.