Lənkəranın İstisu qəsəbəsində şəhidlərin xatirəsinə bulaq kompleksi inşa olunub

 

Lənkəran rayonudakı İstisu qəsəbəsində Birinciİkinci Qarabağ müharibələrində şəhid olmuş 12 qəsəbə sakininin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə şəhər rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə ŞİN-in başçısı T.Qaraşov çıxış edərək bulaq kompleksinin açılışının şəhid Zaur İsmayılzadənin doğum gününə təsadüf etdiyini bildirmiş və Qarabağın Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində artıq öz əzəmətinə qovuşmağa başladığını, Ağalı kəndinin timsalında soydaşlarımızın  doğma yurd-yuvalarına qayıtdığını diqqətə çatdırmışdır. Rayonda şəhid ailələrinə və qazilərə yüksək ehtiramın göstərildiyini qeyd edən digər çıxışçılar Qarabağ müharibəsində qanları ilə tarixə şanlı səhifələr yazmış şəhidlərin heç vaxt unudulmayacağını, onların xatirələrinin daim əziz tutulacağını vurğulamışlar.   Mərasimdə söz alan şəhid ailələrinin üzvləri onlara göstərilən ehtirama və diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

 

Ağaddin BABAYEV

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.5.