Yusif Əsədov: Yay
Düşərgəsi dünya azərbaycanlıların
birliyinin möhkəmlənməsinə
töhfə verəcək
Almaniyanın Berlin şəhərində yaşayıram. Azərbaycanda bakalavr təhsili aldıqdan sonra Almaniyada Azad Berlin Universitetinin iqtisadiyyat və siyasət fakültəsinə qəbul oldum.
Yay Düşərgəsi Vətən müharibəsindən sonra bütün azərbaycanlıların birliyinə və milli ruhunun dirçəlişinə böyük dəstək olacaq. Azərbaycan əsgəri Şuşanı və digər torpaqlarımızı işğaldan azad etdikdən sonra xarici ölkələrdə yaşayan həmvətənlərimizin oraya ayaq basmaları, Qarabağ ruhunu hiss etmələri çox vacibdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın Berlin şəhərində yaşayan həmvətənimiz Yusif Əsədov deyib.
Diaspor fəaliyyətinin indiki halda özü-özlüyündə vacib rola malik olduğunu qeyd edən həmvətənimiz söyləyib: “Ölkə daxilində də siyasi cəhətdən müsbət tendensiya hökm sürür. Belə ki, yad siyasi düşüncə tərzi ləğv olur, əvəzində milli, müasir konfiqurasiya onu əvəz edir”.
O əlavə edib ki, Vətən müharibəsi dövründə sosial şəbəkələr vasitəsilə ölkəmizin informasiya təbliğatında fəal rol oynayıblar. Bundan əlavə, Berlin şəhərinin Brandenburq qapısı önündə görüşlər təşkil olunub. Görüşlərdə Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Nə qədər çətin olsa da, beynəlxalq hüququn Azərbaycanın tərəfində olması haqlı mövqeyimizin dünya ictimaiyyətinə çatdırılmasını asanlaşdırır.
“Biz Almaniyada
Azərbaycan haqqında faktlara əsaslanan
fikirləri yerli ictimaiyyətə
çatdıraraq ölkəmiz barədə müsbət təəssüratlar
yaradırıq”, - deyə Y.Əsədov vurğulayıb.
Azərbaycan.- 2022.- 2 avqust.- S.6.