Əlilliyi müəyyən
edilmiş bir sıra
hərbi qulluqçulara, daxili
işlər orqanlarının əməkdaşlarına və
ya onların vərəsələrinə
birdəfəlik ödəmənin verilməsinə
başlanılıb
1997-ci
il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan
Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar hərbi xidmət vəzifələrini
yerinə yetirərkən və ya həqiqi hərbi xidmət
dövründə xəsarət (yaralanma, travma, kontuziya)
alması və ya xəstələnməsi nəticəsində
əlilliyi müəyyən edilmiş hərbi
qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına
və ya onların vərəsələrinə birdəfəlik
ödəmənin verilməsinə başlanılıb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli
Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə
Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 ¹li Qərarı
imzalanıb.
Qərarla
təsdiq olunmuş “Qayda” Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi
xidmət vəzifələrini yerinə yetirərkən xəsarət
alması nəticəsində əlilliyi müəyyən
edilmiş hərbi qulluqçularına və daxili işlər
orqanları əməkdaşlarına, habelə onların ailə
üzvlərinə birdəfəlik ödəmənin verilməsini
tənzimləyir.
Birdəfəlik ödəmənin məbləği Azərbaycan Respublikası Prezidentinin 23.12.2021-ci il tarixli 1513 nömrəli Fərmanı ilə aşağıdakı kimi müəyyən olunub:
I dərəcə əlilliyə
görə – 8 800 manat;
II dərəcə əlilliyə
görə – 6 600 manat;
III dərəcə əlilliyə
görə – 4 400 manat.
Birdəfəlik ödəmə almaq
hüququ olan şəxslər aşağıdakılardır:
- 1997-ci il avqustun
2-dək olan xidmət
dövründə aldığı
xəsarət nəticəsində
əlilliyi müəyyən
edilmiş şəxslər;
- Hərbi xidmət vəzifələrini yerinə
yetirərkən xəsarət
və ya xəstələnməsi nəticəsində
əlilliyi müəyyən
edilmiş şəxslər;
- Xidmətlə əlaqədar
əlilliyi müəyyən
edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;
- Müəyyən edilmiş
məbləğdən az məbləğdə
sığorta ödənişi
almış şəxslər;
- Yuxarıda göstərilən
kateqoriyadan olan şəxslər vəfat
etdikdə onların vərəsələri.
Birdəfəlik ödəmə dövlət
büdcəsindən bu məqsədlə
ayrılmış vəsait hesabına ödənilir.
Azərbaycan.- 2022.- 3 avqust.- S.1; 2.