İndi Azərbaycan təkcə neft-qaz ölkəsi kimi tanınmır

 

Ölkəmiz təkcə bu ilin 6 ayında 1,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edib

 

 Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdə davam edir. Bu sektorda məhsul istehsalı və ixracın artım dinamikası belə qənaətə gəlməyə əsas verir. Üstəlik, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin cari ilin birinci yarısı üzrə "İxrac icmalı"nda açıqlanan rəqəmlərdən də bu, aydın görünür.

"İxrac icmalı"nın iyul sayında açıqlanan rəqəmlərə görə, cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə ixracın dəyəri 18,5 milyard, o cümlədən qeyri-neft sektorunda 1,5 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən illə müqayisədə 295,4 milyon dollar artıb.

İcmalda bildirilir ki, hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon dollara çatıb. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5, alüminiumondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallaronlardan hazırlanan məmulatların ixracı 26,1, pambıq lifi ixracı 12,8, pambıq iplik ixracı isə 5,2 faiz artıb. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı 136,9 milyon dollarla birinci, tomat (pomidor) 126,9 milyon dollarla ikinci, karbamid 98,7 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

"İxrac İcmalı"na əsasən, cari ilin yanvar-iyun ayları ərzində Türkiyəyə 428,4 milyon, Rusiya Federasiyasına 382 milyon, Gürcüstana 88,2 milyon, İsveçrə Konfederasiyasına 84,6 milyon, ABŞ-a 57,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

İyun ayı üzrə ixracın dəyəri isə  3,1 milyard dollar təşkil edib. Yayın ilk ayında qeyri-neft sektoru üzrə ixracda artım 5,8 faiz olmaqla, 269,6 milyon dollara çatıb. Həmin dövr yeyinti məhsulları üzrə ixracın dəyəri 6,6 faiz artaraq 119,6 milyon, qeyri-yeyinti məhsulları üzrə 5,1 faiz artaraq 149,9 milyon dollar olub.

İyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası birinci, Türkiyə ikinci və İsveçrə üçüncüdür. Həmin ay ixrac edilən qeyri-neft məhsullarının sırasında da meyvə və tərəvəz ixracı üstün olub.

"İxrac İcmalı" tərəfindən qeyri-neft sektoru üzrə cari ilin yanvar-iyun aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "P-Aqro" MMC, "STP Alüminium" MMC, "Şimal AqroPark" MMC, "Rose Servis" MMC, "ZR-78 Company" MMC, "Almeyvə" MMC, "Mors Trading" MMC, "Aqrovest" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus  şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinqİqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Sonrakı yerləri "Azəralüminium" MMC, "Socar Polymer" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "AzerGold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azəripək" MMC, "GeofizikaGeologiya İdarəsi", Naxçıvan MR Dövlət Energetika Xidməti şirkətləri tutur.

İcmalda bildirilir ki, hesabat dövründə "Azərkosmos" tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) göstərilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. Cari ilin iyun ayında isə "Azərkosmos" dünyanın 32 ölkəsinə 2,3 milyon dollarlıq xidmət edib.

İlin birinci yarısında peyk telekommunikasiyaoptik peyk xidmətlərinin ixracında ilk beşlikdə 3,3 milyon dollarla Birləşmiş Krallıq, 2,8 milyon dollarla Fransa, 2,2 milyon dollarla Lüksemburq, 1,2 milyon dollarla BƏƏ və 0,7 milyon dollarla Pakistan qərarlaşıb.

"İxrac İcmalı"na görə, ilin birinci yarısında Azexport.az portalına 248,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33,4 milyon dollara çatıb. Həmin ay portala edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı və s. məhsullar üstünlük təşkil edib.  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından cari ilin 30 iyun tarixinə kimi (66 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,08 milyard dollardır. Həmçinin "İxrac İcmalı"nda o da göstərilib ki, bu ilin iyul ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon dollar olub.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 3 avqust.- S.1; 4.