Biləsuvar rayonunun
Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. On
doqquz min nəfər əhalinin yaşadığı 3
yaşayış məntəqəsini birləşdirən
Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi məqsədilə
"Azərbaycan Respublikasının 2022-ci il dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci
yarımbəndində göstərilmiş məbləğin
5,2 milyon (beş milyon iki yüz min) manatı Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham
Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.7.