Azərbaycan Respublikası
Prezidentinin “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli,
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun icrası ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər
və əlavələr edilməsi və Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli
Fərmanının qüvvədən düşmüş
hesab edilməsi barədə” 2005-ci il 27 may tarixli 238 nömrəli,
“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin
gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli 242
nömrəli və “Telekommunikasiya haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci
il 9 avqust tarixli 277 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30
dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 4, maddə 228; 2005, ¹ 8, maddə 708, ¹ 9, maddə
801, ¹ 12, maddə 1103; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 2, maddə
54; 2012, ¹ 1, maddə 6; 2013, ¹ 12, maddə 1529; 2014, ¹ 2, maddə
103; 2016, ¹ 3, maddə 465, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1637;
2017, ¹ 5, maddə 846, ¹ 9, maddə 1653, ¹ 10, maddə 1803, ¹ 12 (I
kitab), maddə 2319; 2018, ¹ 12 (I kitab), maddə 2614; 2019, ¹ 2, maddə
211; 2020, ¹ 8, maddə 1029, ¹ 11, maddələr 1360, 1362; 2021, ¹
11, maddə 1400) aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
2.4.2-ci yarımbənddə və 2.9-cu bənddə “Vergilər
Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu
orqana bilavasitə tabe olan vergi orqanları” sözləri
“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi” sözləri ilə, “Vergilər Nazirliyi” sözləri
“Dövlət Vergi Xidməti” sözləri ilə əvəz
edilsin;
1.2.
2.5-ci, 2.5-1-ci, 2.6-cı bəndlərdə və 2.14-1.1-ci
yarımbənddə “Vergilər” sözü “İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz
edilsin.
2.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 2, maddə 68; 2012, ¹ 6, maddə 541; 2013, ¹ 5, maddə
493; 2015, ¹ 7, maddə 824; 2017, ¹ 3, maddə 367; 2018, ¹ 6, maddə
1195; 2019, ¹ 3, maddə 413, ¹ 4, maddə 652; 2021, ¹ 12, maddə
1373) aşağıdakı dəyişikliklər edilsin:
2.1.
2.2-1-ci bənddə “Vergilər” sözü “İqtisadiyyat”
sözü ilə əvəz edilsin;
2.2.
2.4-cü bənddə “Vergilər” sözü “İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz
edilsin.
3.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında" Azərbaycan Respublikası
Qanununun icrası ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər
və əlavələr edilməsi və Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli
Fərmanının qüvvədən düşmüş
hesab edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 27 may tarixli 238 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 5,
maddə 403; 2007, ¹ 12, maddə 1246; 2011, ¹ 2, maddə 85; 2012, ¹
11, maddə 1104) 7.2-ci bəndində “Vergilər” sözü “İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz
edilsin.
4.
“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin
gücləndirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 5,
maddə 407; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə
477; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464)
aşağıdakı dəyişikliklər edilsin:
4.1.
3.4-cü bənddən “Azərbaycan Respublikasının Vergilər
Nazirliyi və” sözləri çıxarılsın;
4.2.
7-ci və 8-ci hissələrdə “Vergilər” sözü
“İqtisadiyyat” sözü ilə əvəz edilsin.
5.
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 709;
2006, ¹ 5, maddə 404, ¹ 11, maddə 947; 2007, ¹ 6, maddə 601;
2009, ¹ 4, maddə 226; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027;
2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddələr 374, 382, ¹ 6, maddələr
1066, 1095, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2322; 2018, ¹ 6,
maddə 1237; 2019, ¹ 7, maddə 1215; 2020, ¹ 8, maddə 1033; Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1703 nömrəli
Fərmanı) 2.12-ci bəndində “Vergilər” sözü
“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat”
sözləri ilə əvəz edilsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.6.