Azərbaycan Respublikası
Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin
və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi
haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan
Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan
məlumatlarının formalaşdırılması və
inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi
tikinti obyektlərinə tikintiyə icazə və tikinti
obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi
ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28
dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart
tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında”
2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25
avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və “Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və “Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və “Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30
dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1. “Kənd
təsərrüfatına dövlət dəstəyinin və
aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19
dekabr tarixli 413 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə
2570; 2020, ¹ 4, maddə 402; 2022, ¹ 2, maddə 95) 3-cü və
5-ci hissələrində ismin müvafiq hallarında “Əmlak
Məsələləri Dövlət Komitəsi” sözləri
ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri
ilə əvəz edilsin.
2.
“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin
təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20
dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə
2575; 2019, ¹ 6, maddə 1012, ¹ 12, maddələr 1937, 1953; 2020, ¹
3, maddə 254; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il
13 may tarixli 1677 nömrəli Fərmanı) 5.6-cı bəndində
“Əmlak Məsələləri Dövlət Komitəsinin”
sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz
edilsin.
3.
“Milli məkan məlumatlarının
formalaşdırılması və inteqrasiyası
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2605) aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
2-ci hissədə “Əmlak Məsələləri Dövlət
Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri
ilə əvəz edilsin;
3.2.
həmin Fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının
formalaşdırılması və inteqrasiyası
Qaydaları” üzrə:
3.2.1.
1.4-cü bənddə “Əmlak Məsələləri
Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti”
sözləri ilə əvəz edilsin;
3.2.2.
6.0.2-ci və 6.0.11-ci yarımbəndlərə “Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə” sözlərindən
əvvəl “Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi vasitəsilə” sözləri əlavə edilsin.
4. “Bəzi
tikinti obyektlərinə tikintiyə icazə və tikinti
obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2617; 2019, ¹ 10, maddə
1581; 2020, ¹ 2, maddə 87, ¹ 12, maddə 1405) 3.2-ci bəndində
“Əmlak Məsələləri Dövlət Komitəsinə”
sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə
əvəz edilsin.
5.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3
aprel tarixli 606 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 606)
2-ci hissəsində “Əmlak Məsələləri Dövlət
Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri
ilə əvəz edilsin.
6.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25
avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 10 aprel tarixli 617 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 617)
2-ci hissəsində “Əmlak Məsələləri Dövlət
Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə”
sözləri ilə əvəz edilsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.7.