Azərbaycan
Respublikası Prezidentinin “2013-cü il fevralın 22-də Berlin
şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi və Almaniya Federativ
Respublikasının Maliyyə Nazirliyi
arasında dövlət əmlakının idarə edilməsi
və özəlləşdirilməsi sahəsində əməkdaşlığa
dair
Anlaşma Memorandumu”nun
təsdiq edilməsi barədə” 2013-cü il
3 may tarixli 867 nömrəli,
“2013-cü il aprelin
30-da Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə,
İnhisarsızlaşdırma və Rəqabətin
İnkişafı üzrə Dövlət Komitəsi
arasında dövlət əmlakının idarə edilməsi
və özəlləşdirilməsi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə”
2013-cü il 11 iyun tarixli 913 nömrəli, “Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət
Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq
edilməsi haqqında” 2017-ci il 15 fevral tarixli 1248 nömrəli,
“Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi ilə Avstriya
Respublikasının Metrologiya
və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın
kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”
2018-ci il 4 oktyabr tarixli 292 nömrəli və “Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya
Federasiyasının İqtisadi İnkişaf Nazirliyi
arasında daşınmaz əmlak üzərində
hüquqların qeydiyyatı və kadastr
fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq
edilməsi haqqında” 2018-ci il 26 noyabr tarixli 371 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və “Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və “Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və “Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30
dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1. “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 867 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 488) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 913 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 641) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 fevral tarixli 1248 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 192) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 10, maddə 1992) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 371 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 11, maddə 2284) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.7.