Azərbaycan Respublikası
Prezidentinin "Dövlət
mülkiyyətində olan torpaq sahələrinin hüquqi
şəxslərin nizamnamə (pay) fonduna verilməsi və
istifadəsi Qaydaları"nın təsdiq edilməsi
haqqında" 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli,
"Yerin təkindən istifadənin dövlət tənzimlənməsi
barədə" 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli,
"Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə"
2003-cü il 23 oktyabr tarixli 978 nömrəli,
"Torpaqların münbitliyi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə
tədbirlər barədə" 2003-cü il 23 oktyabr tarixli
979 nömrəli, "Daşınmaz əmlakın dövlət
reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 113 nömrəli,
"Daşınmaz əmlakın dövlət reyestrinin
aparılması Qaydaları"nın təsdiq edilməsi barədə"
2004-cü il 14 oktyabr tarixli 135 nömrəli, "Azərbaycan
Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi
ilə əlaqədar əlavə tədbirlər
haqqında" 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanlarında
dəyişiklik edilməsi və "Özəlləşdirilməsi
qadağan olunan dövlət əmlakının, habelə
özəlləşdirilməsi Azərbaycan Respublikası
Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin qərarları ilə həyata
keçirilən müəssisə və obyektlərin əmlakının
siyahıya alınması Qaydaları"nın təsdiq edilməsi
barədə" 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli
Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr
tarixli 911 nömrəli və "Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və "Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə"
2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 576;
2016, ¹ 2 (II kitab), maddə 251) ilə təsdiq edilmiş
"Dövlət mülkiyyətində olan torpaq sahələrinin
hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi
və istifadəsi Qaydaları"nın ikinci hissəsinin
beşinci abzasında "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti" sözləri ilə əvəz edilsin.
2.
"Yerin təkindən istifadənin dövlət tənzimlənməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 580;
2006, ¹ 7, maddə 590; 2008, ¹ 6, maddə 500, ¹ 8, maddə 719, ¹ 9,
maddə 798; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹
8, maddə 1384; 2017, ¹ 6, maddə 1114) ilə təsdiq
edilmiş "Yer təkinin istifadəyə verilməsi
üzrə müsabiqə və hərracların keçirilməsi
qaydaları və şərtləri haqqında Əsasnamə"nin
5.4-cü bəndindən "Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin,"
sözləri çıxarılsın.
3.
"Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 978
nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 583;
2016, ¹ 2 (II kitab), maddə 251) 1-ci hissəsinin
üçüncü və dördüncü abzaslarında
"Əmlak Məsələləri Dövlət Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin.
4.
"Torpaqların münbitliyi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə
tədbirlər barədə" Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10,
maddə 584; 2007, ¹ 2, maddə 87; 2009, ¹ 4, maddə 226; 2014, ¹
10, maddələr 1201, 1206, ¹ 12, maddə 1553; 2016, ¹ 2 (II kitab), maddə 252)
aşağıdakı dəyişikliklər edilsin:
4.1.
1.2-ci bənddə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin və həmin
bənddən ", Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi" sözləri çıxarılsın;
4.2.
1.3-cü və 1.4-cü bəndlərdə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz
edilsin;
4.3.
həmin Fərmanla təsdiq edilmiş "Torpaqların
münbitliyinin təmin olunmasına dövlət nəzarətinin
həyata keçirilməsi Qaydaları" üzrə:
4.3.1.
4-cü hissədə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.3.2.
5-ci hissənin birinci abzasında "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti" sözləri ilə əvəz edilsin.
5.
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8,
maddə 621; 2005, ¹ 2, maddə 64, ¹ 8, maddə 718; 2006, ¹ 7, maddə
590; 2007, ¹ 6, maddə 606; 2010, ¹ 4, maddə 287, ¹ 7, maddə 610;
2011, ¹ 11, maddə 998; 2013, ¹ 9, maddə 1052, ¹ 12, maddə 1509;
2014, ¹ 2, maddə 108, ¹ 4, maddə 361, ¹ 6, maddə 632; 2015, ¹ 7,
maddə 827, ¹ 9, maddə 1016; 2016, ¹ 11, maddə 1825; 2017, ¹ 3,
maddə 348; 2018, ¹ 2, maddələr 202, 203; 2020, ¹ 7, maddə
891, ¹ 12 (I kitab), maddə 1477) aşağıdakı dəyişikliklər
edilsin:
5.1.
4.2.1-ci yarımbənddə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
5.2.
4.2.9-cu yarımbənddə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz
edilsin;
5.3. 4.2.2-ci yarımbənddə
"Əmlak Məsələləri Dövlət Komitəsi,
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,
Dövlət Tikinti" sözləri "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma"
sözləri ilə əvəz edilsin;
5.4.
4.2.6-cı yarımbənddə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135
nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 791; 2005, ¹ 2, maddə 64;
2007, ¹ 6, maddə 606; 2010, ¹ 7, maddə 610; 2015, ¹ 9, maddə
1001; 2020, ¹ 12 (I kitab), maddə 1477) ilə təsdiq edilmiş
"Daşınmaz əmlakın dövlət reyestrinin
aparılması Qaydaları"nın 3-cü hissəsində
"Əmlak Məsələləri Dövlət Komitəsi
(bundan sonra - Komitə) tərəfindən" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti" sözləri ilə və
6-cı hissəsində "Komitə" sözü "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin.
7.
"Azərbaycan Respublikasında maliyyə-bank sistemində
islahatların dərinləşdirilməsi ilə əlaqədar
əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 205 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 163; 2006, ¹ 7, maddə 590;
2010, ¹ 7, maddə 610) 2-ci hissəsində "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
8.
"Özəlləşdirilməsi qadağan olunan dövlət
əmlakının, habelə özəlləşdirilməsi
Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin qərarları ilə həyata keçirilən
müəssisə və obyektlərin əmlakının
siyahıya alınması Qaydaları"nın təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 9, maddə 470;
2005, ¹ 11, maddə 1017; 2006, ¹ 5, maddə 400, ¹ 7, maddə 590;
2010, ¹ 7, maddə 610) ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 avqust 2022-ci
il
Azərbaycan.-
2022.- 4 avqust.- S.8.