Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli
Qanununun tətbiqi barədə" 2016-cı il 15 yanvar tarixli
739 nömrəli, "Azərbaycan Respublikasında torpaq
münasibətlərinin tənzimlənməsi sahəsində
əlavə tədbirlər haqqında" 2016-cı il 7 mart
tarixli 818 nömrəli, "Azərbaycan Respublikasının
Mənzil İnşaatı Dövlət Agentliyinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında" 2016-cı il 11 aprel tarixli 858 nömrəli,
"Dövlət əmlakının özəlləşdirilməsi
prosesinin təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında" 2016-cı il 19 may tarixli 894
nömrəli, "Meliorasiya və su təsərrüfatı
sahəsində idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə"
2016-cı il 23 iyun tarixli 952 nömrəli və "Notariat
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında" 2016-cı il 11 iyul
tarixli 980 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1.
"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1,
maddə 61, ¹ 10, maddə 1612) 3-cü hissəsinin birinci
abzasında "Əmlak Məsələləri Dövlət
Komitəsinə tapşırılsın ki," sözləri
"İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz
edilsin.
2.
"Azərbaycan Respublikasında torpaq münasibətlərinin
tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 7 mart tarixli 818 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 439)
aşağıdakı dəyişikliklər edilsin:
2.1.
2-ci hissənin birinci abzasında və 6.5-ci bənddə ismin
müvafiq hallarında "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri ismin müvafiq
hallarında "İqtisadiyyat Nazirliyi" sözləri ilə
əvəz edilsin;
2.2.
3.1-ci bənddə "Əmlak Məsələləri
Dövlət Komitəsinin (bundan sonra - Komitə)" sözləri
"İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz
edilsin;
2.3.
3.2-ci bənddə (hər iki halda), 4-cü və 5-ci hissələrdə
ismin müvafiq hallarında "Komitə" sözü ismin
müvafiq hallarında "İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
2.4.
həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikasında torpaqların elektron kadastr uçotu informasiya
sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin
tərtib olunması Qaydaları"nın 1.2-ci bəndində
"Əmlak Məsələləri Dövlət Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.
3.
"Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin yaradılması və
fəaliyyətinin təşkili haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 663, ¹ 11, maddə 1820; 2017,
¹ 5, maddə 820, ¹ 9, maddə 1656; 2018, ¹ 2, maddə 183; 2019, ¹
3, maddə 411, ¹ 5, maddə 817; 2020, ¹ 5, maddə 545) 8.2-ci bəndində
və 11-ci hissəsində ismin müvafiq hallarında
"Əmlak Məsələləri Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
4.
"Dövlət əmlakının özəlləşdirilməsi
prosesinin təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 5,
maddə 855, ¹ 7, maddə 1273) aşağıdakı dəyişikliklər
edilsin:
4.1.
1-ci hissədə "Əmlak Məsələləri
Dövlət Komitəsinin" sözləri
"İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz
edilsin;
4.2. 2.2-ci bənddə və 3-cü
hissənin birinci abzasında, 3.2-ci və 3.3-cü bəndlərdə
ismin müvafiq hallarında "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri ismin müvafiq
hallarında "İqtisadiyyat Nazirliyi" sözləri ilə
əvəz edilsin.
5.
"Meliorasiya və su təsərrüfatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi tədbirləri
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər
edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə"
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli
952 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1048;
2018, ¹ 2, maddə 184) 2.2-ci bəndində "Əmlak Məsələləri
Dövlət Komitəsinə" sözləri
"İqtisadiyyat Nazirliyinə" sözləri ilə əvəz
edilsin.
6.
"Notariat haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 iyul tarixli 980 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 7,
maddə 1251) 2-ci hissəsində "Əmlak Məsələləri
Dövlət Komitəsinə" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinə" sözləri ilə əvəz
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri 3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.8.