Slovakiyanın Banska Bistritsa şəhərində
keçirilən XVI Avropa Gənclər Yay Olimpiya
Festivalında ən yüksək nəticələrə
görə Azərbaycan Respublikasının
idmançıları və onların məşqçilərinin
mükafatlandırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən
XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək
nəticələrə görə Azərbaycan
Respublikasının idmançıları və onların məşqçiləri
aşağıdakı məbləğdə
mükafatlandırılsınlar:
1.1.
birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi
məşqçisi - 5000 manat;
1.2.
ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi
məşqçisi - 3500 manat;
1.3.
üçüncü yeri tutan hər bir idmançı - 5000
manat, onun şəxsi məşqçisi - 2500 manat;
1.4.
komandanın baş məşqçisi - idman növü
üzrə ən yüksək nəticə göstərmiş
idmançıya görə şəxsi məşqçinin
aldığı məbləğ qədər (bir dəfə).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.8.