Azərbaycan Respublikası
Prezidentinin "Şəhərsalmanın əsasları
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" 1999-cu il 30 avqust tarixli 187 nömrəli,
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavə edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
2004-cü il 29 yanvar tarixli 22 nömrəli və "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 416-IVQD nömrəli
Qanununun tətbiqi barədə" 2012-ci il 4 sentyabr tarixli 698
nömrəli fərmanlarının ləğv edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
fəaliyyətinin təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1.
"Şəhərsalmanın əsasları haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli
187 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 497;
2006, № 7, maddə 590; 2008, № 6, maddə 498; 2009, № 8, maddə
626; 2010, № 10, maddə 610) ləğv edilsin.
2.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavə edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 22 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 28;
2006, № 7, maddə 590; 2010, № 10, maddə 610) ləğv edilsin.
3.
"Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29
iyun tarixli 416-IVQD nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli
698 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 850) ləğv
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.8.