Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasının 2002-ci il 15
mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş
"Bələdiyyə torpaqlarının ayrılmasına
dair sənədlərin hazırlanması və
razılaşdırılması qaydaları haqqında
Əsasnamə"də dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli
906-IVQD nömrəli Qanununun tətbiqi və "Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə" 2014-cü
il 6 mart tarixli 120 nömrəli, "Aqrar sahədə idarəetmənin
təkmilləşdirilməsi və institusional islahatların
sürətləndirilməsi ilə bağlı tədbirlər
haqqında" 2014-cü il 16 aprel tarixli 152 nömrəli,
"Azərbaycan Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin ləğv edilməsi
haqqında" 2015-ci il 5 fevral tarixli 453 nömrəli və
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2015-ci il 24 fevral tarixli 1198-IVQD nömrəli Qanununun tətbiqi
haqqında" 2015-ci il 18 mart tarixli 487 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23
oktyabr tarixli 845 nömrəli, "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə"
2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1.
"Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli
274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi
və "Bələdiyyə torpaqlarının
ayrılmasına dair sənədlərin hazırlanması və
razılaşdırılması qaydaları haqqında"
Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 6 mart tarixli
120 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 3, maddə 241;
2016, ¹ 2 (II kitab), maddə 250) 4-cü hissəsi ləğv
edilsin.
2.
"Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi
və institusional islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 368; 2016, ¹ 2 (II kitab), maddə
251, ¹ 8, maddə 1384; 2021, ¹ 1, maddə 30) 3-cü hissəsindən
"və Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri
çıxarılsın.
3.
"Azərbaycan Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin ləğv edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
5 fevral tarixli 453 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 115)
2.1-ci bəndində "Əmlak Məsələləri
Dövlət Komitəsinə" sözləri
"İqtisadiyyat Nazirliyinə" sözləri ilə əvəz
edilsin.
4.
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2015-ci il 24 fevral tarixli 1198-IVQD nömrəli Qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
18 mart tarixli 487 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 3, maddə 267)
2-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.9.