Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun və bu
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli
Fərmanında dəyişikliklər edilməsi
haqqında" 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli,
"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli
Qanununun tətbiqi barədə" 2016-cı il 23 dekabr tarixli
1175 nömrəli və "Lisenziyalar və icazələr"
portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi
barədə" 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və "Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1.
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun və bu
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli
Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12,
maddə 2089; 2018, ¹ 1, maddə 56) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.3-cü bənd ləğv olunsun
və aşağıdakı məzmunda 2-1-ci hissə əlavə
edilsin:
"2-1.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vergi
ödəyicilərinin əldə etdikləri gəlirlərin
və xərclərin uçotunun, eləcə də
nağdsız əməliyyatların aparılmasına, e-ticarətin
vergiyə cəlb edilməsinə və səyyar vergi
yoxlamaları zamanı vergi üstünlüyü əldə
etmək məqsədilə qanunvericiliyin tələblərindən
sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi
nəzarət olunması istiqamətində bütün zəruri
tədbirlərin görülməsini təmin etsin.";
1.2.
3.2-ci bənddə və 6-cı hissədə "Vergilər"
sözü "İqtisadiyyat" sözü ilə əvəz edilsin.
2.
"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12,
maddə 2093; 2019, ¹ 2, maddə 213) 2-ci hissəsində
"Vergilər" sözü "İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat" sözləri ilə əvəz
edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 1, maddə 52; 2019, ¹ 11, maddə 1715 ) ilə təsdiq
edilmiş "Lisenziyalar və icazələr" portalı
haqqında Əsasnamə"nin 6.3-cü bəndində birinci
halda "Vergilər Nazirliyinə" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə"
sözləri ilə və ikinci halda "Vergilər Nazirliyinə"
sözləri "Dövlət Vergi Xidmətinə"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 avqust
2022-ci il
Azərbaycan.-
2022.- 4 avqust.- S.9.