Azərbaycan Respublikası
Prezidentinin "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 22 noyabr tarixli 826-IVQD nömrəli Qanununun tətbiqi və
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında" 2013-cü
il 10 dekabr tarixli 43 nömrəli və "Daşınmaz əmlakın
dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə" 2014-cü
il 3 fevral tarixli 101 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23
oktyabr tarixli 845 nömrəli, "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1.
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 22 noyabr tarixli 826-IVQD nömrəli Qanununun tətbiqi və
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 43 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, ¹ 12, maddə 1510) 3-cü hissəsi ləğv
edilsin.
2.
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi
və "Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 101 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 108; 2016, ¹ 2 (II kitab), maddə
250) 7-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.9.