Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə, "Fitosanitar nəzarəti
haqqında" Azərbaycan Respublikasının Qanununa və
"Atçılıq haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavə
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" 2009-cu il 21 dekabr
tarixli 192 nömrəli, "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununun tətbiqi
barədə" 2017-ci il 25 yanvar tarixli 1211 nömrəli,
"İctimai iaşə fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması
Qaydası"nın və "Pərakəndə ticarət
fəaliyyəti sahəsində vergitutma məqsədləri
üçün gəlirlərin və xərclərin
uçotunun aparılması Qaydası"nın təsdiq
edilməsi haqqında" 2017-ci il 19 aprel tarixli 1341 nömrəli
və "Topdansatış ticarət fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması
Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması
Qaydası"nın təsdiq edilməsi haqqında"
2017-ci il 16 iyun tarixli 1460 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
fəaliyyətinin təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017
nömrəli Fərmanının icrasını təmin etmək
məqsədilə qərara alıram:
1.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
"Fitosanitar nəzarəti haqqında" Azərbaycan
Respublikasının Qanununa və "Atçılıq
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavə edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 192 nömrəli
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12,
maddə 980) Fərmanının 2-ci hissəsi ləğv
edilsin.
2.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25 yanvar tarixli 1211 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1,
maddə 58) 3-cü hissəsi ləğv edilsin.
3.
"İctimai iaşə fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması
Qaydası"nın və "Pərakəndə ticarət
fəaliyyəti sahəsində vergitutma məqsədləri
üçün gəlirlərin və xərclərin
uçotunun aparılması Qaydası"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4,
maddə 555; 2019, № 12, maddə 1945) 4-cü hissəsində
"Vergilər" sözü "İqtisadiyyat"
sözü ilə əvəz edilsin.
4.
"Topdansatış ticarət fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması
Qaydası"nın və "İstehsal fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması
Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1076; 2019, № 12, maddə
1945) 4-cü və 5-ci hissələrində "Vergilər"
sözü "İqtisadiyyat" sözü ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.10.