Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə
mübarizəyə dair 2015-2020-ci illər üçün
Strategiya"nın təsdiq edilməsi haqqında" 2015-ci
il 23 dekabr tarixli 1645 nömrəli, "Azərbaycan
Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında" 2017-ci il 17 mart tarixli 2760
nömrəli, "İdxal-ixrac əməliyyatlarına nəzarət
sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər
Planı"nın təsdiq edilməsi haqqında" 2018-ci
il 28 iyun tarixli 260 nömrəli, "2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında"
2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi və "Azərbaycan
Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin
təsdiq edilməsi haqqında" 2001-ci il 29 mart tarixli 665
nömrəli Sərəncamının ləğv edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və "Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1532; 2016, ¹ 8, maddə
1384; 2017, ¹ 8, maddə 1521; 2021, ¹ 6 (I kitab), maddə 607; Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3288 nömrəli
Sərəncamı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında qeyri-infeksion xəstəliklərlə
mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın
"9.5. Monitorinq və qiymətləndirmə sisteminin
yaradılması" bəndinin 9.5.2-ci yarımbəndinin
"İcraçılar" sütunundan "Vergilər
Nazirliyi," sözləri çıxarılsın.
2.
"Azərbaycan Respublikasında əmək münasibətlərinin
tənzimlənməsinin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 3, maddə 448, ¹ 4, maddə 604; 2018, ¹
2, maddə 245) 1-ci hissəsindən "Azərbaycan
Respublikasının vergilər naziri" sözləri
çıxarılsın.
3. Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli 260 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1342) ilə təsdiq
edilmiş "İdxal-ixrac əməliyyatlarına nəzarət
sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər
Planı"nın 3.2-ci bəndinin
"İcraçılar" sütununda "Vergilər"
sözü "İqtisadiyyat" sözü ilə əvəz
edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 11,
maddə 2367; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31
may tarixli 3291 nömrəli Sərəncamı) ilə təsdiq
edilmiş "2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət
Proqramı"nın "6. Dövlət Proqramının həyata
keçirilməsi üzrə Tədbirlər Planı"
hissəsinin 6.1.9-cu yarımbəndinin "İcraçı
orqanlar" sütununda "Vergilər" sözü
"İqtisadiyyat" sözü ilə əvəz edilsin.
5.
"Azərbaycan Respublikası Vergilər Nazirliyi
kollegiyasının tərkibinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il
29 mart tarixli 665 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 195;
2005, ¹ 11, maddə 1049; 2009, ¹ 9, maddə 713; 2013, ¹ 7, maddə
822; 2015, ¹ 2, maddə 146; 2016, ¹ 4, maddə 711, ¹ 10, maddə
1653; 2017, ¹ 2, maddə 213; 2018, ¹ 11, maddə 2362) ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 3 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 4 avqust.- S.10.