"Axı İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi!.."

        

Azərbaycan Ordusunun "Qisas" əməliyyatı Ermənistanda yenə çaxnaşma yaratdı

 

 Azərbaycan İkinci Qarabag müharibəsində qazandığı şanlı qələbədən sonra Ermənistanla Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanatın icrasını əsas şərt kimi irəli sürüb. Eyni zamanda ölkəmiz bu istiqamətdə konkret addımlar atıb və qarşı tərəfə də bəyanatların icrasının vacibliyini dəfələrlə xatırladıb. Lakin Ermənistanın buna əməl etməməsi avqustun 3-dəki məlum hadisələrə gətirib çıxarıb.

Hadisələrin bu səpkidə inkişafına əsas səbəb 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinin, o cümlədən qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən indiyə kimi çıxarılmamasıdır. Həmin dəstələrin fəaliyyəti, o cümlədən bir əsgərimizin şəhid olması nəticəsində Azərbaycan ordusu "Qisas" cavab əməliyyatına başlayıb və düşmənə növbəti hərbi dərs verib.

 

"Bizə dedilər ki, əgər təxliyə olunmasaq, 27 sentyabr yenidən təkrarlana bilər"

 

Sosial şəbəkələrin ermənidilli seqmentini son hadisələr nəticəsində qanunsuz erməni hərbi birləşmələrində itkilərin sayının artması ətrafında müzakirələr zəbt edib.  Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, son üç gün ərzində məhv edilən ermənilərin sayı rəsmi məlumatda göstəriləndən çoxdur, üstəlik, xeyli yaralı da var.  Bir sözlə, Azərbaycan Ordusunun son dərsi ermənilərdə böyük bir xof, ümidsizlik yaradıb. Erməni siyasətçilərinin səsləndirdikləri, saytların hazırladıqları reportajlardan, sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bəzilərini oxucuların diqqətinə çatdırırıq.

"4rd.am" saytı yazır ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərindəki qanunsuz hərbi hissələrdə həyəcan siqnalı verilib və "komandanlıq" şəxsi heyəti toplayaraq onların vaxtından əvvəl ehtiyata buraxılacaqlarını bildirib. Gecə saatlarında onlarca avtobus hərbi hissələrə yaxınlaşaraq diqqəti cəlb etmədən hərbçilərin təxliyəsinə başlayıb. Panikaya düşən "hərbçilər" ehtiyata buraxıldıqları barədə hətta valideynlərini belə məlumatlandıra bilməyiblər.

Saytın əməkdaşı  vaxtından əvvəl ehtiyata buraxılan "əsgərlər" və onların ailə üzvləri ilə əlaqə saxlayıb. Onlar nəşrin müxbiri ilə söhbətlərində faktı təsdiqləyiblər və qeyd ediblər ki, proses bir neçə saatın içərisində və birdən-birə baş verib: "Bizə dedilər ki, əgər təxliyə olunmasaq, 27 sentyabr yenidən təkrarlana bilər".

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan isə deyib ki, Azərbaycan müharibənin bitmədiyini daim xatırladır. O qeyd edib ki, müharibədən sonrakı dövrdə tərəflər yeni sərhədlər formalaşdırır və bu yerlərdə əlverişli mövqelər uğrunda gedən bir yarışdır: "Ümumiyyətlə, müharibədən dərhal sonra Azərbaycan tərəfi əsas istiqamətlərdə taktiki-strateji üstünlük əldə etdi. Ancaq elə sahələr var ki, orada mövqe mübarizəsi hələ davam edirbu, situasiya dəyişiklikləri ilə müşayiət olunur. Azərbaycan öz mövqe üstünlüklərindən istifadə edir və Ermənistan hakimiyyət orqanlarına daim xatırladır ki, razılaşmalar yerinə yetirilməsə, hərbi əməliyyatlar ehtimalı yenidən gündəmə gələcək. Çünki rəsmi Bakı müharibənin hələ bitmədiyini vurğulayır. Odur ki, Ermənistan hakimiyyətinin güzəşt siyasətindən asılı olmayaraq, təzyiqlər davam edəcək".

 

"Bayraktar səmada, Azərbaycan əsgəri yerdə kabusumuz olub"

 

Vazgen Şaqinyan adlı biri isə tvitterdə yazıb: "Qardaşım Arturla "vatsap" vasitəsilə günorta saatlarında danışdım. Tanrıya şükürlər olsun yaxşıdır. Amma mənə dedi  ki, Vazgen, dəhşətli atışmalardan sonra qorxu hələ də canımızdadır. Ona quldur dəstələrindən ayrılmağın vacibliyini dedim. Mənə dedi ki, onlarca erməni gənci belə yaşamaqdan bezib, sülh, rahat yaşayış istəyirlər. Müharibə bizə sərf etməz. Texnikada çox geriyik".

Qurqen Avaqyan adlı istifadəçinin tvitterdə paylaşımı isə daha çox "retweet" olunub: "Dünən bir  video yayılmışdı ki, azərbaycanlılar bizim postlarımızı məhv ediblər. Bizim əsgərlərimizin meyitlərini çəkiblər, indi nəyə inanaq, bilmirik. Bayraktar səmada, Azərbaycan əsgəri yerdə kabusumuz olub. Yenə itki, yenə ruh ağrısı və təəssüf. Paşinyan, istefa!"

 

 "Əmilərim müharibədə ölüb, daha insanların ölməsini istəmirəm"

 

 "Odnoklassniki" sosial şəbəkəsində Laçın və Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun "Qisas" əməliyyatı ilə bağlı paylaşılan xəbərə Hayrepet Melkonyan adlı istifadəçinin rəyi daha  çox bəyənmə toplayıb: "Qarabağ müharibəsindən sonra növbəti qorxunu yaşayıram. Hazırda Laçındayam. Yalanlardan cana doymuşuq. Axı, İlham Əliyev xəbərdarlıq etmişdi. Bir təhər sakit oturmuşduq da. Bir tanışım deyir ki, çox itkilər vermişik. Nə vaxtacan belə davam  edəcək? Görəsən, Paşinyan rəzilliklərdən utanırmı?!"

Muşeq Kropyan adlı istifadəçi isə "Facebook"da müharibənin yenidən başlana biləcəyi  ilə bağlı paylaşılan xəbərə rəy yazıb: "Mənim əmilərim Qarabağda müharibədə ölüb. Daha insanların ölməsini istəmirəm. Azərbaycan mətbuatından, sosial şəbəkələrdən  gördüyümüz qədəri ilə düşmən ölkə müharibədən sonra da hərbi sahədə böyük işlər görüb. Bizetmişik? Boş yerə insanlarımız ölüb".

 

"Əsgər cənazələri görməkdən bezmişik"

 

Xoren Sarkisyan adlı İkinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı tvitterdə çox maraqlı bir statusu ilə diqqət çəkib: "Müharibədə döyüşlərdə sağ qalmağım möcüzə idi. Baş nazirimiz diplomatik sferada İlham Əliyevə uduzur, heçdemirik. Lakin son itkilərimiz məni  ciddi narahat edir. Qarabağı unudaq, müharibəsiz Ermənistan arzulayıram. Əsgər cənazələri görməkdən bezmişik".

"Odnoklassniki" sosial şəbəkəsində paylaşılan xəbərə Artur Vardanyanın şərhi də müzakirələrə səbəb olub: "Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. 15 ildən çoxdur Laçında yaşayıram. Azərbaycanın hərbi əməliyyatından sonra çox sevindim. Ona görə ki, Qarabağ müharibəsi hamımızda böyük qorxu yaradıb. Bəlkə, məni söyəcəksiniz, amma düzünü deməliyəm. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən terrorçuların silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Sülh olsun. Azərbaycan əməliyyatları bir neçə gündavam etsə, çox böyük acılar yaşayacağıq (dua edən əllər işarəsi).

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 5 avqust.- S.1; 11.