Azərbaycan Respublikası
Prezidentinin "Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" 2009-cu il 27 avqust tarixli 147 nömrəli,
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq
edilməsi barədə" 2009-cu il 31 avqust tarixli 155 nömrəli, "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında" 2012-ci il 4 aprel tarixli 604 nömrəli,
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2015-ci
il 29 may tarixli 1303-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" 2015-ci il 23 iyul tarixli 576
nömrəli, "Dövlət xidmətlərinin göstərilməsində
şəffaflığın artırılması,
yaşayış yeri üzrə qeydiyyat və
lisenziyalaşdırma prosedurlarının
elektronlaşdırılması sahəsində bəzi tədbirlər
haqqında" 2015-ci il 31 avqust tarixli 588 nömrəli,
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2015-ci il 20
oktyabr tarixli 1405-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" 2015-ci il 21 dekabr tarixli 711
nömrəli, "Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli
795 nömrəli və "Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
"ABAD" publik hüquqi şəxsin yaradılması
haqqında" 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1.
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 623; 2015, ¹ 8, maddə 909;
2016, ¹ 7, maddə 1254, ¹ 10, maddə 1645; 2017, ¹ 12 (I kitab), maddə
2296; 2018, ¹ 6, maddə 1224, ¹ 7(I kitab), maddə 1464; 2021, ¹ 6 (I kitab), maddə 571, ¹ 12, maddə
1426) 5-ci hissəsindən "nazirliklərinə"
sözü çıxarılsın.
2.
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8,
maddə 631; 2010, ¹ 12, maddə 1064; 2011, ¹ 2, maddə 85; 2012, ¹
4, maddə 283, ¹ 10, maddə 949; 2013, ¹ 6, maddə 630; 2014, ¹ 10,
maddə 1202; 2017, ¹ 3, maddə 363, ¹ 12, maddə 2297) 1-ci hissəsi
ləğv edilsin.
3.
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
4 aprel tarixli 604 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 4, maddə 283;
2014, ¹ 10, maddə 1204; 2018, ¹ 1, maddə 53) 2-ci, 6-cı və
9-cu hissələri ləğv edilsin.
4.
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2015-ci il 29
may tarixli 1303-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 8,
maddə 904) 2.3-cü bəndində "Vergilər
Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin.
5. "Dövlət xidmətlərinin
göstərilməsində şəffaflığın
artırılması, yaşayış yeri üzrə
qeydiyyat və lisenziyalaşdırma prosedurlarının
elektronlaşdırılması sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
31 avqust tarixli 588 n?mr?li Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 8, maddə 917;
2016, ¹ 8, maddə 1384) 7-ci hissəsində
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
6.
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2015-ci il 20
oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
21 dekabr tarixli 711 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1465)
2.2-ci bəndində "Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
7.
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə
460, ¹ 4, maddə 670, ¹ 6, maddələr
1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr
1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4,
maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr
1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12 (I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3,
maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926,
955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr
1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə
1840, ¹ 11, maddələr 2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr
2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə
426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹
6, maddələr 1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11,
maddə 1700; 2020, ¹ 3, maddələr 238, 240, 241, ¹ 5, maddələr
540, 564, ¹ 6, maddələr 691,
709, ¹ 7, maddələr 863, 880, 884, ¹ 8, maddələr 1027, 1032,
¹ 9, maddə 1155, ¹ 11, maddə 1359, ¹ 12 (I kitab), maddə 1484;
2021, ¹ 1, maddə 36, ¹ 4, maddə 317, ¹ 5, maddə 444, ¹ 6 (I
kitab), maddələr 565, 575, ¹ 7, maddələr 724, 728, 741, ¹
10, maddə 1101, ¹ 12, maddələr 1407, 1423; 2022, ¹ 1, maddə
28, ¹ 2, maddə 111, ¹ 4, maddələr 313, 323)
aşağıdakı dəyişikliklər edilsin:
7.1.
4.24-cü, 4.45-ci, 5.18-ci, 5.18-1-ci, 5.19-cu, 5.21-ci və 5.22-ci bəndlərdə
"Əmlak Məsələləri Dövlət Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
7.2.
4.31-ci bənddə "Vergilər Nazirliyinə bilavasitə
tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar
Respublikasının Vergilər Nazirliyi" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının
Dövlət Vergi Xidməti" sözləri ilə əvəz
edilsin;
7.3.
4.36-cı, 5.41-ci, 5.45-ci və 5.70-2.2-ci bəndlərdə
"Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
7.4.
4.48-1-ci bənddə "Vergilər Nazirliyi və ya
müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının
Vergilər Nazirliyi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və ya müvafiq
olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət
Vergi Xidməti" sözləri ilə əvəz edilsin;
7.5.
4.34-1-ci, 4.43-1-ci, 5.44-cü və 5.51-ci bəndlərdə
"Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
7.6.
4.41-ci bənddə "Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
8.
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 9,
maddə 1484; 2019, ¹ 5, maddə 857) 7-ci hissəsindən ",
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 4 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 5 avqust.- S.3.