Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasında xarici ticarətin
daha da liberallaşdırılması haqqında" 1997-ci il
24 iyun tarixli 609 nömrəli, "Xidməti və mülki
silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" 1998-ci il 21 fevral tarixli 679 nömrəli,
"Dövlət sirri haqqında" Azərbaycan
Respublikası Qanunundan irəli gələn bəzi
normativ-hüquqi aktların təsdiq edilməsi barədə"
1998-ci il 22 noyabr tarixli 23 nömrəli, "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
və "Alkoqollu içkilər, etil (yeyinti) spirti və
tütün məmulatı istehsalının, idxalının
və satışının tənzimlənməsi sahəsində
əlavə tədbirlər haqqında" 1999-cu il 5
fevral tarixli 90 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə"
2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının
icrasını təmin etmək məqsədilə qərara alıram:
1.
"Azərbaycan Respublikasında xarici ticarətin daha da
liberallaşdırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 3, maddə 175; 2000, ¹ 8 (III kitab), maddə 615;
2001, ¹ 10, maddə 640, ¹ 12, maddələr 754, 755; 2003, ¹ 10, maddə
546; 2004, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddə 69, ¹ 3, maddə
170, ¹ 7, maddə 592, ¹ 8, maddə 720, ¹ 12, maddələr 1104,
1112; 2006, ¹ 9, maddə 743; 2007, ¹ 3, maddə 234, ¹ 8, maddə
766; 2008, ¹ 6, maddə 498, ¹ 9, maddə 798, ¹ 11, maddə 969;
2009, ¹ 2, maddə 70, ¹ 4, maddə 226, ¹ 10, maddələr 776,
779; 2010, ¹ 4, maddə 296, ¹ 5, maddə 389; 2013, ¹ 9, maddə
1056; 2014, ¹ 4, maddə 364, ¹ 5, maddə 477, ¹ 7, maddə 805, ¹ 9,
maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 11, maddə 1817; 2017, ¹ 2,
maddə 177, ¹ 8, maddə 1521; 2018, ¹ 5, maddə 902, ¹ 9, maddə
1840; 2019, ¹ 2, maddə 248, ¹ 5, maddə 852; 2021, ¹ 1, maddə 35)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları"nın 14.9-cu bəndindən "Vergilər
Nazirliyinə," sözləri çıxarılsın;
1.2.
həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları"nın 2 nömrəli əlavəsi -
"İxracı və idxalı müvafiq dövlət
orqanlarının rəyi alınmaqla aparılan spesifik
malların (xidmətlərin və əqli mülkiyyətin)
Siyahısı"nın "Rəyi tələb olunan
dövlət orqanları" sütununa "orqanları"
sözündən sonra "(qurumları)" sözü əlavə
edilsin və həmin sütunun beşinci abzasında
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi" sözləri "Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi"
sözləri ilə, on beşinci və on altıncı
abzaslarında "Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar" sözləri "Rəqəmsal
İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz
edilsin.
2.
"Xidməti və mülki silah haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə
163; 2003, ¹ 10, maddə 571; 2004, ¹ 7, maddə 526, ¹ 8, maddə
616; 2009, ¹ 4, maddə 226; 2014, ¹ 10, maddə 1211; 2017, ¹ 6, maddə
1064) 2-ci hissəsinin yeddinci və səkkizinci abzaslarında
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 11, maddə 665; 1999, ¹ 2, maddə 66, ¹ 8, maddə
492; 2001, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2003, ¹ 10, maddələr
546, 571, 585; 2004, ¹ 1, maddə 19; 2005, ¹ 2, maddə 69, ¹ 4, maddə
299, ¹ 6, maddə 485, ¹ 10, maddə 910; 2009, ¹ 4, maddə 226;
2017, ¹ 3, maddə 353) ilə təsdiq edilmiş
"İnformasiyanı mühafizə vasitələrinin
sertifikatlaşdırılması haqqında Əsasnamə"nin
3-cü hissəsinin onuncu abzasında
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinə" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə"
sözləri ilə əvəz edilsin.
4.
"Yol hərəkəti haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 11, maddə 666;
2001, ¹ 7, maddə 459; 2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə 1005;
2006, ¹ 9, maddə 743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə
226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə 606; 2011, ¹ 6, maddə 510;
2012, ¹ 5, maddə 423, ¹ 11, maddə 1079; 2014, ¹ 9, maddə 1043;
2015, ¹ 2, maddələr 110, 140, ¹ 6, maddə 707, ¹ 10, maddə
1116; 2016, ¹ 3, maddə 456, ¹ 4, maddələr 662, 666, ¹ 6, maddə
1062, ¹ 11, maddə 1839; 2017, ¹ 5, maddə 758, ¹ 8, maddə 1521;
2018, ¹ 2, maddələr 169, 197, ¹ 4, maddə 677, ¹ 6, maddə
1241, ¹ 7 (I kitab), maddələr 1466, 1493; 2019, ¹ 1, maddə 96, ¹
3, maddə 420, ¹ 7, maddə 1228, ¹ 8, maddələr 1402, 1406;
2020, ¹ 5, maddə 561, ¹ 7, maddə 885; 2021, ¹ 4, maddə 316)
aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.21-ci bənddə
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
4.2. 2.29-cu bənddə "Vergilər"
sözü "İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat" sözləri ilə əvəz edilsin.
5. "Alkoqollu içkilər, etil
(yeyinti) spirti və tütün məmulatı
istehsalının, idxalının və
satışının tənzimlənməsi sahəsində əlavə
tədbirlər haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2,
maddə 74; 2001, ¹ 10, maddə
640; 2002, ¹ 8, maddə 487; 2003, ¹ 10, maddələr 571, 585;
2007, ¹ 2, maddə 100; 2008, ¹ 9,
maddə 798; 2009, ¹ 4, maddə 226, ¹ 7, maddə 537; 2014, ¹ 5, maddə
477; 2016, ¹ 8, maddə 1384; 2016, ¹ 11, maddə 1797; 2019, ¹ 6, maddə 1031)
aşağıdakı dəyişikliklər edilsin:
5.1.
1-ci hissənin ikinci cümləsində "Vergilər
Nazirliyinə və Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinə," sözləri "İqtisadiyyat
Nazirliyinə və" sözləri ilə əvəz
edilsin;
5.2.
7-ci hissədən ", Azərbaycan Respublikasının
Vergilər Nazirliyi" sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 4 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 5 avqust.- S.3.