Azərbaycan Respublikası
Prezidentinin "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD
nömrəli Qanununun tətbiqi və "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında" 2012-ci il 19 iyun
tarixli 653 nömrəli, "Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
tabeliyində "Hərbi Vətənpərvərlik və
Mütəxəssis Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması
haqqında" 2012-ci il 13 iyul tarixli 681 nömrəli, "Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və
122.3-cü maddələrində nəzərdə tutulmuş
vergi azadolmaları hallarının müəyyən edilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında"
2012-ci il 13 dekabr tarixli 762 nömrəli, "Ərazi
quruluşu və inzibati ərazi bölgüsü
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununun tətbiqi
və "Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında"
2013-cü il 25 iyun tarixli 919 nömrəli, "Azərbaycan
Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin
edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq
edilməsi barədə" 2013-cü il 1 noyabr tarixli 18
nömrəli və "Daşınmaz əmlakın dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli
Qanununun tətbiqi və "Daşınmaz əmlakın
dövlət reyestri haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
2013-cü il 10 dekabr tarixli 42 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1.
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD
nömrəli Qanununun tətbiqi və "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 653 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 547) 3-cü hissəsi ləğv
edilsin.
2.
"Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik
və Mütəxəssis Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 690;
2019, ¹ 5, maddə 817; 2020, ¹ 5, maddə 545) 5.2-ci bəndində
"Əmlak Məsələləri Dövlət Komitəsinə"
sözləri "İqtisadiyyat Nazirliyinə" sözləri
ilə əvəz edilsin.
3.
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin
106.1.9-cu, 106.1.10-cu və
122.3-cü maddələrində nəzərdə
tutulmuş vergi azadolmaları hallarının müəyyən
edilməsi Qaydaları"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
13 dekabr tarixli 762 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1236;
2019, ¹ 12, maddə 1945) aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
2-ci hissədə "Vergilər" sözü
"İqtisadiyyat" sözü ilə əvəz edilsin;
3.2.
həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və
122.3-cü maddələrində nəzərdə tutulmuş
vergi azadolmaları hallarının müəyyən edilməsi
Qaydaları" üzrə:
3.2.1.
2.8-ci bənddə "Əmlak Məsələləri
Dövlət Komitəsinə" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinə" sözləri ilə əvəz
edilsin;
3.2.2.
3.5-3.7-ci bəndlərdə ismin müvafiq hallarında
"Əmlak Məsələləri Dövlət Komitəsi"
sözləri ismin müvafiq hallarında "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
4.
"Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli
674-IVQD nömrəli Qanununun tətbiqi və "Ərazi
quruluşu və inzibati ərazi bölgüsü haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli
406 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 25 iyun tarixli 919 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6,
maddə 647) 3-cü hissəsi ləğv edilsin.
5.
"Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini
təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 11, maddə 1322)
aşağıdakı dəyişikliklər edilsin:
5.1.
4-cü hissədə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin;
5.2.
həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan
Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin
edən informasiya sistemi haqqında Əsasnamə"nin
1.3-cü bəndində "Əmlak Məsələləri
Dövlət Komitəsidir" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətidir" sözləri ilə əvəz
edilsin.
6.
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli Qanununun tətbiqi
və "Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 42 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, ¹ 12, maddə 1509) 3-cü hissəsi ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 5 avqust.- S.4.