Azərbaycan Respublikası
Prezidentinin "Pambıqçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə
tədbirlər barədə" 2011-ci il 3 mart tarixli 390
nömrəli, "2011-ci il mayın 17-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi və Çexiya Respublikasının Texniki
Standartlaşdırma, Metrologiya və Dövlət
Sınaqları üzrə İdarəsi arasında
standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi
sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu"nun təsdiq edilməsi barədə" 2011-ci
il 27 iyul tarixli 486 nömrəli, "2011-ci il noyabrın 29-da
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi və Polşanın
Standartlaşdırma üzrə Komitəsi arasında
standartlaşdırma sahəsində əməkdaşlıq
haqqında Saziş"in təsdiq edilməsi barədə"
2012-ci il 7 fevral tarixli 582 nömrəli və "2012-ci il
oktyabrın 17-də Moskva şəhərində
imzalanmış "Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi ilə Avrasiya Patent Təşkilatının
Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər
Akademiyasına və onun bölmələrinə, Azərbaycan
Respublikasının ictimai kitabxanalarına, universitetlərinə
(ali təhsil müəssisələrinə) və elmi-texniki
mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən
istifadəyə icazə verilməsi haqqında Saziş"in
təsdiq edilməsi barədə" 2012-ci il 19 dekabr tarixli
783 nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında" 2019-cu il 30 dekabr
tarixli 911 nömrəli və "Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və "Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:
1.
"Pambıqçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə
tədbirlər barədə" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 3 mart tarixli 390 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3,
maddə 171) 1.3-cü bəndi ləğv edilsin.
2.
"2011-ci il mayın 17-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma,
Metrologiya və Dövlət Sınaqları üzrə
İdarəsi arasında standartlaşdırma, metrologiya və
uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 486
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 648) 2-ci hissəsində
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
3.
"2011-ci il noyabrın 29-da Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi və Polşanın Standartlaşdırma üzrə
Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq
haqqında Saziş"in təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 582
nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 71) 2-ci hissəsində
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
4.
"2012-ci il oktyabrın 17-də Moskva şəhərində
imzalanmış "Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi ilə Avrasiya Patent Təşkilatının
Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər
Akademiyasına və onun bölmələrinə, Azərbaycan
Respublikasının ictimai kitabxanalarına, universitetlərinə
(ali təhsil müəssisələrinə) və elmi-texniki
mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən
istifadəyə icazə verilməsi haqqında Saziş"in
təsdiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 19 dekabr tarixli 783 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12,
maddə 1257) 2-ci hissəsində "Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi"
sözləri "Əqli Mülkiyyət Agentliyi" sözləri
ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 4 avqust 2022-ci il
Azərbaycan.-2022.- 5 avqust.- S.4.