Azərbaycan
Respublikası Prezidentinin "Birləşmiş Millətlər
Təşkilatının "İqtisadi, sosial və mədəni
hüquqlar haqqında" Beynəlxalq Pakt üzrə Azərbaycan
Respublikasının dördüncü dövri məruzəsinin
hazırlanması və təqdim olunması barədə"
2018-ci il 5 fevral tarixli 3643 nömrəli, "Azərbaycan
Respublikasında çayçılığın
inkişafına dair 2018-2027-ci illər üçün
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında" 2018-ci il 12 fevral tarixli 3660 nömrəli, "2018-2025-ci illərdə
Azərbaycan Respublikasında rəsmi statistikanın
inkişafına dair Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında" 2018-ci il 14 fevral tarixli 3672 nömrəli,
"2018-2025-ci illərdə Azərbaycan Respublikasında
şərabçılığın inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında" 2018-ci il 3 may tarixli 38 nömrəli,
"Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili
istehsalın dəstəklənməsi ilə bağlı əlavə
tədbirlər haqqında" 2018-ci il 19 sentyabr tarixli 497
nömrəli, "Azərbaycan Respublikasında yol hərəkətinin
təhlükəsizliyinə dair 2019-2023-cü illər
üçün Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında" 2018-ci il 27 dekabr tarixli 852 nömrəli
və "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin
təmin edilməsinə dair 2019-2025-ci illər
üçün Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında" 2019-cu il 29 aprel tarixli 1143 nömrəli
sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Birləşmiş Millətlər
Təşkilatının "İqtisadi, sosial və mədəni
hüquqlar haqqında" Beynəlxalq Pakt üzrə Azərbaycan
Respublikasının dördüncü dövri məruzəsinin
hazırlanması və təqdim olunması barədə"
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli
3643 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 247)
1-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.1. doqquzuncu abzasdan "və
Turizm" sözləri çıxarılsın;
1.2. onuncu abzasda "Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar" sözləri
"Rəqəmsal İnkişaf və Nəqliyyat"
sözləri ilə əvəz edilsin;
1.3. on beşinci abzasdan "Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi" sözləri çıxarılsın;
1.4. on yeddinci abzasdan "Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi" sözləri
çıxarılsın;
1.5. iyirmi birinci və iyirmi ikinci
abzaslar müvafiq olaraq iyirmi ikinci və iyirmi
üçüncü abzaslar hesab olunsun və aşağıdakı məzmunda
iyirmi birinci abzas əlavə edilsin:
"Azərbaycan
Respublikasının Dövlət Turizm Agentliyi";
1.6. iyirmi ikinci abzasda "Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası" sözləri
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyi" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660
nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 263, ¹ 11, maddə 2287; 2019,
¹ 4, maddə 698, ¹ 5, maddə 909; 2021, ¹ 11, maddə 1235) ilə
təsdiq edilmiş "Azərbaycan
Respublikasında çayçılığın
inkişafına dair 2018-2027-ci illər üçün
Dövlət Proqramı"nın 8-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.1.3-cü yarımbəndin
"İcraçılar" sütunundan
"Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi, " sözləri
çıxarılsın;
2.2.
8.4.8-ci yarımbəndin "İcraçılar"
sütunundan ", Əmlak Məsələləri Dövlət
Komitəsi" sözləri çıxarılsın.
3. Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018,
¹ 2, maddə 275; 2019, ¹ 5, maddə
877, ¹ 8, maddə 1065, ¹ 11, maddə 1377) ilə təsdiq
edilmiş "2018-2025-ci illərdə Azərbaycan
Respublikasında rəsmi statistikanın inkişafına dair
Dövlət Proqramı"nın 5-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.1.2.1-ci və 5.1.2.2-ci
yarımbəndlərin "İcraçılar"
sütunundan ", VN" akronimi çıxarılsın;
3.2. 5.1.2.9-cu yarımbəndin
"İcraçılar" sütunundan ", ƏMDK"
akronimi çıxarılsın;
3.3. 5.2.6-cı yarımbəndin
"İcraçılar" sütununda "SMPDK"
akronimi "İN" akronimi ilə əvəz edilsin;
3.4. "Akronimlər" bəndindən
"ƏMDK - Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri
çıxarılsın.
4. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5,
maddə 977, ¹ 11, maddə 2287; 2019, ¹ 5, maddə 909) ilə təsdiq
edilmiş "2018-2025-ci illərdə Azərbaycan
Respublikasında şərabçılığın
inkişafına dair Dövlət Proqramı"nın 7-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
4.1.
1.3-cü bəndin "İcraçılar"
sütunundan "Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi," sözləri
çıxarılsın;
4.2.
1.5-ci bəndin "İcraçılar" sütununda
", Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.3. 2.5-ci, 4.3-cü və 5.4-cü
bəndlərin "İcraçılar" sütunundan
", Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi" sözləri
çıxarılsın;
4.4. 5.3-cü bəndin
"İcraçılar" sütunundan ", Vergilər
Nazirliyi" sözləri çıxarılsın və həmin
bənddə "Maliyyə Bazarlarına Nəzarət
Palatası" sözləri "Mərkəzi Bank"
sözləri ilə əvəz edilsin.
5. "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli
daxili istehsalın dəstəklənməsi ilə
bağlı əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1882) 2.3-cü bəndində
"Vergilər" sözü "İqtisadiyyat"
sözü ilə, "Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar" sözləri "Rəqəmsal
İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz
edilsin və həmin bənddən "Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin," sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12,
maddə 2701; 2021, ¹ 6 (I kitab), maddə 606; Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3291 nömrəli
Sərəncamı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında yol hərəkətinin təhlükəsizliyinə
dair 2019-2023-cü illər üçün Dövlət
Proqramı"nın 7-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
6.1. 7.1.10.1-ci yarımbəndin
"Digər icraçı qurumlar" sütununda
"Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin;
6.2. 7.2.4.3-cü və 7.3.1.2-ci
yarımbəndlərin "Əsas icraçı qurum"
sütununda "Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə, 7.2.4.3-cü yarımbəndin
"Digər icraçı qurumlar" sütununda "Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar" sözləri
"Rəqəmsal İnkişaf və Nəqliyyat"
sözləri ilə əvəz edilsin;
6.3. 7.2.4.4-cü yarımbəndin
"Digər icraçı qurumlar" sütununda
"Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin;
6.4. 7.3.1.3-cü yarımbəndin
"Əsas icraçı qurum" sütununda "Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi" sözləri "İqtisadiyyat Nazirliyi"
sözləri ilə əvəz edilsin;
6.5. 7.3.3.1-ci yarımbənddə
"Digər icraçı qurumlar" sütunundan
"Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi," sözləri
çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019,
¹ 4, maddə 730; Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3297 nömrəli
Sərəncamı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə
dair 2019-2025-ci illər üçün Dövlət
Proqramı"nın "10. Tədbirlər Planı" hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
7.1. 10.2.2-ci yarımbənddə
"Digər icraçılar" sütununda "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin;
7.2. 10.2.4-cü və 10.6.4-cü
yarımbəndlərdə "Digər icraçılar"
sütununda "Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin;
7.3. 10.9.4-cü yarımbəndin
"Digər icraçılar" sütunundan ",
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi" sözləri çıxarılsın.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust
2022-ci il
Azərbaycan.-
2022.- 5 avqust.- S.5.