Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikası ilə Yaponiya
arasında əməkdaşlığın genişləndirilməsi
tədbirləri haqqında" 1998-ci il 10 mart tarixli 758
nömrəli, "Qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli üzrə"
Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il
17 sentyabr tarixli 895 nömrəli, "Azərbaycan
Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi
arasında əməkdaşlıq üzrə Dövlət
Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə"
2010-cu il 16 iyul tarixli 1035 nömrəli, "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində
Milli Fəaliyyət Proqramının təsdiq edilməsi
haqqında" 2011-ci il 27 dekabr
tarixli 1938 nömrəli, "Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında"
2013-cü il 9 aprel tarixli 2837 nömrəli, "2013-cü il
noyabrın 21-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti
və Belarus Respublikası Hökuməti arasında
standartlaşdırma, metrologiya və sertifikatlaşdırma
sahəsində əməkdaşlıq haqqında Sazişə
dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq
edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli 202
nömrəli, "Azərbaycan Respublikası Hökuməti və
Qazaxıstan Respublikası Hökuməti arasında sənaye
mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq
haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi
barədə Protokolun təsdiq edilməsi haqqında"
2016-cı il 14 yanvar tarixli 1694 nömrəli, "Azərbaycan
Respublikasında qeyri-formal məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər
Planı"nın təsdiq edilməsi haqqında" 2017-ci
il 9 oktyabr tarixli 3287 nömrəli və "İstehlak
bazarına nəzarət, standartlaşdırma, metrologiya və
əqli mülkiyyət hüquqları obyektlərinin
mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" 2018-ci il 20
aprel tarixli 5 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1.
"Azərbaycan Respublikası ilə Yaponiya arasında əməkdaşlığın
genişləndirilməsi tədbirləri haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 10 mart tarixli 758 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 180; 2001, ¹ 12, maddə 755)
12-ci hissəsində "Dövlət Antiinhisar Siyasəti və
Sahibkarlığa Kömək Komitəsi" sözləri
"İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz
edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 582; 2010, ¹ 2, maddə 80;
2016, ¹ 6, maddə 1028; 2019, ¹ 5, maddə 911; 2020, ¹ 8, maddə
1064; 2021, ¹ 6 (I kitab), maddə 607) ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli üzrə
Dövlət Proqramı"nın II hissəsinin 14-cü bəndinin
"İcra orqanları" sütununda "Dövlət
Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə
əvəz edilsin.
3.
"Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi
Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət
Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 16 iyul tarixli 1035
nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 677;
2014, ¹ 2, maddə 112; 2016, ¹ 6, maddə 1157; 2017, ¹ 8, maddə
1521) 1-ci hissəsindən "Ramiz Həsənov - Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin sədri" sözləri
çıxarılsın.
4. Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 12, maddə 1217; 2012, ¹ 12, maddə
1322; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1470; 2017, ¹ 3, maddə 353; 2018, ¹ 11, maddə
2378; 2019, ¹ 2, maddə 257, ¹ 5, maddə 877; 2020, ¹ 8, maddə
1064; 2021, ¹ 6 (I kitab), maddə 607) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı"nda aşağıdakı dəyişikliklər
edilsin:
4.1.
2.3-cü bəndin ikinci abzasından ", Vergilər" və
", Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi"
sözləri çıxarılsın;
4.2. 2.6-cı bəndin ikinci
abzasında "Əmlak Məsələləri Dövlət
Komitəsi" sözləri "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
4.3.
3.1-ci bəndin üçüncü abzasında "Vergilər"
sözü "Azərbaycan Respublikasının
İqtisadiyyat" sözləri ilə əvəz edilsin;
4.4. 3.2-ci bəndin
üçüncü abzasından ", Vergilər"
sözü çıxarılsın.
5. Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013, ¹ 4, maddə 391; 2014, ¹ 5, maddə 477, ¹
9, maddə 1027; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 8, maddə 1521) ilə
təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın "6. Dövlət
Proqramının icrasına dair Tədbirlər Planı"
hissəsinin 6.3.7-ci yarımbəndinin
"İcraçılar" sütunundan ",
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi" sözləri çıxarılsın.
6.
"2013-cü il noyabrın 21-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti
və Belarus Respublikası Hökuməti arasında
standartlaşdırma, metrologiya və sertifikatlaşdırma
sahəsində əməkdaşlıq haqqında Sazişə
dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 27 dekabr tarixli 202 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 12,
maddə 1619) 2-ci hissəsində "Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə
əvəz edilsin.
7.
"Azərbaycan Respublikası Hökuməti və
Qazaxıstan Respublikası Hökuməti arasında sənaye
mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq
haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər
edilməsi barədə Protokolun təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 14 yanvar tarixli 1694 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1,
maddə 103) 2-ci hissəsində "Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi"
sözləri "Əqli Mülkiyyət Agentliyi" sözləri
ilə əvəz edilsin.
8. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 10, maddə 1832; 2018, ¹ 5, maddə 920, ¹ 6, maddə
1196; 2019, ¹ 6, maddə 1085) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında qeyri-formal məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər
Planı"nda aşağıdakı dəyişikliklər
edilsin:
8.1.
3.2-ci, 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.3-cü və 5.4-cü bəndlərin
"İcraçılar" sütunundan ", Vergilər
Nazirliyi" sözləri çıxarılsın;
8.2.
5.2-ci və 5.5-ci bəndlərin
"İcraçılar" sütununda "Vergilər"
sözü "İqtisadiyyat" sözü ilə əvəz
edilsin.
9.
"İstehlak bazarına nəzarət,
standartlaşdırma, metrologiya və əqli mülkiyyət
hüquqları obyektlərinin mühafizəsi sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 4, maddə 754, ¹ 7, maddə 1508) 5-ci
hissəsində "Dövlət Agentliyi" sözləri
"Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 5 avqust.- S.5.