Azərbaycan Respublikası
Prezidentinin "Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının
özəlləşdirilməsi haqqında" 1997-ci il 27
noyabr tarixli 697 nömrəli, "Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab
(o cümlədən ilkin şərab emalı), şampan və
konyak zavodlarının, tütün fermentləşdirici
fabriklərin və tütün kombinatının, çay
emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi
haqqında" 1998-ci il 19 may tarixli
804 nömrəli, "Bakı ağır elektrik qaynaq
avadanlıqları zavodunun özəlləşdirilməsi
haqqında" 1998-ci il 2 iyul tarixli 845 nömrəli, "Azərbaycan
Respublikasında özəlləşdirmənin həyata
keçirilməsi prosesinə məsləhətçi
şirkətlərin cəlb edilməsi haqqında" 1999-cu
il 13 fevral tarixli 78 nömrəli, "Azərbaycan
Respublikası "Metallurgiya" Dövlət Şirkətinin
ləğv edilməsi haqqında" 2000-ci il 4 may tarixli 405
nömrəli, "Maşınqayırma sənayesi müəssisələrinin
özəlləşdirilməsi haqqında" 2001-ci il 22
mart tarixli 647 nömrəli, "Kimya sənayesi müəssisələrinin
və təşkilatlarının özəlləşdirilməsi
haqqında" 2001-ci il 22 mart tarixli 648 nömrəli,
"Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi
haqqında" 2001-ci il 28 mart tarixli 651 nömrəli, "Azərbaycan
Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə
və obyektlərinin özəlləşdirilməsi
haqqında" 2001-ci il 29 mart tarixli 671 nömrəli, "Azərbaycan
Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin
özəlləşdirilməsi haqqında" 2001-ci il 29
mart tarixli 674 nömrəli və
"Kiçik su-elektrik stansiyalarının özəlləşdirilməsi
haqqında" 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli,
"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1.
"Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının
özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 27 noyabr tarixli 697 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 437) 1-ci hissəsinin ikinci
cümləsində və 2-ci hissəsinin birinci abzasında
ismin müvafiq hallarında "Dövlət Əmlak Komitəsi"
sözləri ismin müvafiq hallarında "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
2.
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində olan şərab (o cümlədən
ilkin şərab emalı), şampan və konyak
zavodlarının, tütün fermentləşdirici fabriklərin
və tütün kombinatının, çay emalı və
çayçəkici fabriklərinin özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
19 may tarixli 804 nömrəli Sərəncamında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 5, maddə 326)
aşağıdakı dəyişikliklər edilsin:
2.1.
1 - 2-ci hissələrdə ismin müvafiq hallarında "Azərbaycan
Respublikası Dövlət Əmlak Komitəsi" sözləri
ismin müvafiq hallarında "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri
ilə əvəz edilsin;
2.2.
4-cü hissədə "Dövlət Əmlak Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə
əvəz edilsin.
3.
"Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun
özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 2 iyul tarixli 845 nömrəli
Sərəncamında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 7, maddə 456)
aşağıdakı dəyişikliklər edilsin:
3.1.
1-ci hissədə "Dövlət Əmlak Komitəsinin"
sözləri "İqtisadiyyat Nazirliyinin" sözləri
ilə əvəz edilsin;
3.2. 2-ci hissədə "Dövlət
Əmlak Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
4.
"Azərbaycan Respublikasında özəlləşdirmənin
həyata keçirilməsi prosesinə məsləhətçi
şirkətlərin cəlb edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 78 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 113; 2001, ¹ 10, maddə 640;
2006, ¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610) 2-ci hissəsində
"Əmlak Məsələləri Dövlət Komitəsinə
tapşırılsın ki," sözləri
"İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz
edilsin.
5.
"Azərbaycan Respublikası "Metallurgiya" Dövlət
Şirkətinin ləğv edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 4 may tarixli 405 nömrəli
Sərəncamında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 5, maddə 332; 2006, ¹ 7, maddə 590;
2010, ¹ 7, maddə 610) aşağıdakı dəyişikliklər
edilsin:
5.1.
1-ci hissədə "Əmlak Məsələləri
Dövlət Komitəsinin" sözləri
"İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz
edilsin;
5.2.
2-ci hissədə "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
6.
"Maşınqayırma sənayesi müəssisələrinin
özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 647 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 177, ¹ 10, maddə 640; 2006,
¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610) 2-ci hissəsində
"Əmlak Məsələləri Dövlət Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə
əvəz edilsin.
7.
"Kimya sənayesi müəssisələrinin və təşkilatlarının
özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 178, ¹ 10, maddə 640; 2006,
¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610; 2020, ¹ 12 (III kitab), maddə 1542) 2-ci hissəsində
"Əmlak Məsələləri Dövlət Komitəsinə
tapşırılsın ki," sözləri
"İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz
edilsin.
8.
"Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il
28 mart tarixli 651 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 181, ¹
10, maddə 640; 2006, ¹ 7, maddə 590; 2007, ¹ 5, maddə 480; 2010,
¹ 7, maddə 610) 2-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
8.1.
birinci abzasda "Əmlak Məsələləri Dövlət
Komitəsi" sözləri "İqtisadiyyat Nazirliyi"
sözləri ilə əvəz edilsin;
8.2.
dördüncü abzasda "Əmlak Məsələləri
Dövlət Komitəsinin" sözləri
"İqtisadiyyat Nazirliyinin" sözləri ilə əvəz
edilsin.
9.
"Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra
müəssisə və obyektlərinin özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 671 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 201, ¹ 10, maddə 640; 2006,
¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610; 2021, ¹ 10, maddə 1221)
2-ci hissəsində "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
10.
"Azərbaycan Respublikası Elmlər Akademiyasının
bir sıra müəssisələrinin özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il
29 mart tarixli 674 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 204, ¹ 10, maddə 640;
2006, ¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610; 2013, ¹ 8, maddə
891) 2-ci hissəsində "Əmlak Məsələləri
Dövlət Komitəsi" sözləri "İqtisadiyyat
Nazirliyi" sözləri ilə əvəz edilsin.
11.
"Kiçik su-elektrik stansiyalarının özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il
21 dekabr tarixli 844 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 788;
2006, ¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610) 2-ci hissəsində
"Əmlak Məsələləri Dövlət Komitəsi"
sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 4 avqust 2022-ci
il
Azərbaycan.- 2022.- 5 avqust.- S.5; 6.