Azərbaycan Respublikası
Prezidentinin "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında" 1999-cu il 7 yanvar tarixli 69 nömrəli, "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun "İllik gəlir və
xərclər proqramının (büdcəsinin) tərtibi və
icrası Qaydaları"nın təsdiq edilməsi
haqqında" 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli,
"Valyuta tənzimi haqqında" Azərbaycan
Respublikası Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" 2001-ci il 26 dekabr tarixli 619 nömrəli,
"Dövlət orqanlarında, dövlət mülkiyyətində
olan və paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərdə
və büdcə təşkilatlarında
kargüzarlığın aparılmasına dair Təlimat"ın
təsdiq edilməsi haqqında" 2003-cü il 27 sentyabr
tarixli 935 nömrəli, "Banklar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
2004-cü il 26 mart tarixli 42 nömrəli, "Azərbaycan Respublikasının 2006-cı il
dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
2005-ci il 16 noyabr tarixli 311 nömrəli və
"Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət
qeydiyyatının "bir pəncərə" prinsipinə
uyğun təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında"
2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
fəaliyyətinin təmin edilməsi və "Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə"nin təsdiqi və "Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədilə qərara
alıram:
1.
"Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli 69
nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 1, maddə 22;
2009, ¹ 7, maddə 537; 2010, ¹ 2, maddə 80; 2017, ¹ 3, maddə 353)
7-ci və 11-ci hissələrində "Vergilər"
sözü
"İqtisadiyyat" sözü ilə əvəz
edilsin.
2.
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun
"İllik gəlir və xərclər proqramının
(büdcəsinin) tərtibi və icrası
Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 594; 2003, ¹ 2, maddə 81;
2005, ¹ 3, maddə 160; 2007, ¹ 8, maddə 769; 2010, ¹ 2, maddə 80; 2011, ¹ 7, maddələr
637, 641; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə
1384; 2017, ¹ 5, maddə 781, ¹ 11, maddə 2024; 2019, ¹ 7, maddə
1237) 2-ci hissəsindən ", Vergilər Nazirliyinə"
sözləri çıxarılsın.
3.
"Valyuta tənzimi haqqında" Azərbaycan
Respublikası Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 619 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 765; 2008, ¹ 4, maddə 256)
2-ci hissəsinin ikinci abzasında "Vergilər"
sözü "İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 9, maddə 486;
2007, ¹ 5, maddə 459; 2008, ¹ 6, maddə 498, ¹ 8, maddə 721;
2015, ¹ 7, maddə 837; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə
353; 2019, ¹ 2, maddə 209, ¹ 3,
maddə 410, ¹ 11, maddə 1701; 2021, ¹ 1, maddə 41) ilə təsdiq
edilmiş "Dövlət orqanlarında, dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxslərdə və büdcə təşkilatlarında
kargüzarlığın aparılmasına dair Təlimat"ın
44-cü bəndində "vergilər" sözü
"iqtisadiyyat" sözü ilə əvəz edilsin.
5.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3,
maddə 143; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 11, maddə 1392; 2017, ¹
4, maddə 550; 2021, ¹ 12, maddə
1373) 3.3-cü bəndində "Vergilər" sözləri
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat"
sözləri ilə əvəz edilsin.
6.
"Azərbaycan Respublikasının 2006-cı il dövlət
büdcəsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 311 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 1006; 2006, ¹ 6, maddə 491;
2008, ¹ 5, maddə 371) 12-ci hissəsində "Vergilər"
sözü "İqtisadiyyat" sözü ilə əvəz
edilsin.
7. "Sahibkarlıq fəaliyyəti
subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə"
prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 2, maddə 54, ¹ 12, maddə 1064; 2015, ¹ 7, maddə
841; 2016, ¹ 9, maddə 1464; 2018, ¹
12 (I kitab), maddə 2601; 2019, ¹ 5, maddə 852)
aşağıdakı dəyişikliklər edilsin:
7.1.
3-cü hissənin mətnində və 3.2-ci bənddə
"Vergilər" sözü "İqtisadiyyat"
sözü ilə əvəz
edilsin;
7.2.
4.1-ci bənddə "Vergilər" sözü
"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 avqust
2022-ci il
Azərbaycan.- 2022.- 5 avqust.- S.6.