Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası

 

Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 4/14

 

"Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27-8 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. Preambulada "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media haqqında"  sözləri ilə əvəz edilsin;

 

1.2. 3.2-ci bənddə "Milli TeleviziyaRadio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

 

2. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 8 yanvar tarixli 1/4-1 saylı Qərarı ilə təsdiq edilmiş "Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 1.1-ci bəndin ikinci abzasında "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media haqqında" sözləri ilə əvəz edilsin;

 

2.2. 3.4-cü və 3.5-ci bəndlərdə "Milli TeleviziyaRadio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

 

3. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-7 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

 

3.1. 1.1-ci bəndin  ikinci abzasında "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media haqqında"  sözləri ilə əvəz edilsin;

 

3.2. 3.1-ci bənddə "Milli TeleviziyaRadio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə, 3.2-ci bənddə "Milli TeleviziyaRadio Şurasının" sözləri "Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

 

4. Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 iyul tarixli 15/58-14 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

 

4.1. 1.1-ci bəndin ikinci abzasında "Kütləvi informasiya vasitələri haqqında" sözləri "Media haqqında"  sözləri ilə əvəz edilsin;

 

4.2. 3.2-ci və 3.13-cü bəndlərdə "Milli TeleviziyaRadio Şurasının" sözləri "Azərbaycan Respublikası Audiovizual Şurasının" sözləri ilə əvəz edilsin.

 

5. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

 Sədr    Məzahir Pənahov

 

Katib   Arifə Muxtarova

 

Katib   Mikayıl Rəhimov

 

 04.08.2022-ci il

 

Azərbaycan.- 2022.- 5 avqust.- S.7.