Şərqi Zəngəzur
iqtisadi rayonunda 1
saylı Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin Müşahidə Şurasının ilk iclası keçirilib
Şərqi
Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin Müşahidə
Şurasının avqustun 4-də ilk iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, Prezidentin Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi
nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə
keçirilən iclasda Müşahidə Şurasının
üzvləri - iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov,
kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov,
ekologiya və təbii sərvətlər nazirinin müavini
Vüqar Kərimov iştirak ediblər.
Müşahidə Şurasının sədr və üzvlərinin təyin olunması ilə əlaqədar Prezident İlham Əliyevə minnətdarlığını bildirərək iclası açan Vahid Hacıyev onlara olan etimadı doğruldacaqlarını qeyd edib. İclasda xüsusi olaraq artıq öz doğma yurd-yuvalarına qayıdan Ağalı sakinlərinin vəziyyəti və sonrakı mərhələlərdə köçürüləcək əhalinin qayıdışının və rifahının tam təmin edilməsi vurğulanıb.
Daha sonra iqtisadi rayondakı mövcud vəziyyət, yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və hədəflər ətraflı müzakirə edilib. Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin vaxtında, düzgün, şəffaf təmin olunması, eləcə də gələcəkdə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda növbəti
iclasın tarixi müəyyən edilib.
Azərbaycan.- 2022.- 5 avqust.- S.7.