Professor Donald Ort Cəlal Əliyev adına Beynəlxalq mükafata layiq görülüb
Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi qiymətli töhfələri nəzərə alaraq, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyəti (ISPR – International Society on Photosynthesis Research) 2018-ci ildə onun adına mükafat (The Jalal Aliyev Lecture Award) və medal təsis edib. Bu il ISPR Melvin Kalvin, Endrü Benson, Robert Hill və Jan Andersson kimi görkəmli alimlərin adına təsis edilmiş mükafatlarla yanaşı, Cəlal Əliyev adına mükafat üçün də elan verib və müsabiqəyə bir çox nüfuzlu alimlərin namizədliyi təqdim olunub.
Bu barədə AZƏRTAC-a Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan məlumat verilib. Bildirilib ki,
ISPR-in təşkilatçılığı
ilə iyulun 31-dən
avqustun 5-dək Yeni Zelandiyanın Dunedin şəhərində
“Fotosintez tədqiqatları:
enerji və ərzaq təhlükəsizliyi
üçün fundamental və
tətbiqi elm” mövzusunda
hibrid formatda keçirilən 18-ci Beynəlxalq
Konqresdə (www.ps2022.nz) geniş
müzakirələrdən sonra Cəlal Əliyev adına mükafat fotosintez elminin inkişafında böyük xidmətlərinə
görə görkəmli
amerikalı alim,
ABŞ İllinoys Universitetinin
Karl Veze adına Genom Biologiyası İnstitutunun (GBİ) professoru
Donald Orta verilib. Konqresin avqustun 5-də keçiriləcək iclasında
professor Donald Ort bu mükafatı
alan alim
kimi “Alternativ fototənəffüs yolları
ilə iqlim istiləşməsinin fotosintetik
karbon artımına təsirinin zəiflədilməsi”
mövzusunda elmi məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, professor
Donald Riçard Ort İllinoys
Universitetinin Bitki Elmləri üzrə
Robert Emerson professorudur. Onun elmi
tədqiqatları fotosintez
prosesini dizayn etməklə kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının artırılması və
iqlim dəyişikliyinə
davamlılığının yaxşılaşdırılması problemlərinin araşdırılmasına
həsr olunub. Alim ABŞ Elmi İnkişaf Assosiasiyasının
(AAAS) Tədqiqatlar üzrə
rəhbəri, Beynəlxalq
Bitki Fiziologiyası Assosiasiyasının prezidenti
(IAPP), Amerika Bitki Bioloqları Cəmiyyətinin
(ASPB) prezidenti, Beynəlxalq
Fotosintez Tədqiqatları
Cəmiyyətinin (ISPR) prezidenti
və nüfuzlu “Plant
Physiology” jurnalının baş
redaktoru kimi böyük uğurla fəaliyyət göstərib.
O, hazırda Bitki Biologiyasının İllik
İcmalı (ARBB) jurnalının
redaktor müavini,
ABŞ Milli Elmlər Akademiyasının Əsərləri
(PNAS) jurnalının redaksiya
heyətinin üzvüdür.
D.Ort 1993-cü ildə
ABŞ Kənd Təsərrüfatı
Tədqiqatları Xidməti
tərəfindən Orta
Qərbdə İlin Baş tədqiqatçısı
və 2003-cü ildə
isə superməhsuldar
alim kimi tanınıb. O, ASPB-nin
Kettering və Charles Reid Barnes mükafatlarına, ASPB və
AAAS təşkilatlarının elmi təqaüdlərinə
layiq görülüb.
2011-2013-cü illərdə
Çin Elmlər Akademiyasının fəxri
professoru mükafatını
alıb. 2015-ci ildə onun adı ABŞ Kənd Təsərrüfatı Tədqiqatları
Xidmətinin Elm Şöhrəti
Zalına daxil edilib. 2017-ci ildə professor Donald Ort ABŞ Milli
Elmlər Akademiyasının
üzvü seçilib.
Alim dəfələrlə ABŞ Kənd
Təsərrüfatı Departamentinin
müxtəlif mükafatlarına
layiq görülüb.
O, 2016-19-cu illərdə Elmi
İnformasiya İnstitutu
tərəfindən ən
yüksək istinad edilən müəllif elan olunub.
Professor
Donald Ort hazırda ABŞ Genom
Biologiyası İnstitutunda
Genom ekologiyası və qlobal dəyişikliklər mövzusunun
rəhbəri, Bioenerji
və İnnovativ Bioməhsullar Mükəmməllik
Mərkəzinin tədqiqatlar
üzrə direktoru və İllinoys Universitetində Bil Qeyts Fondunun Fotosintezin Effektivliyinin Artırılması proqramının
direktor müavinidir. Onun rəhbərliyi altında üç istiqamətdə tədqiqatlar
aparılır: 1) Effektivliyin
artırılması üçün
fotosintezin yenidən dizaynı; 2) Bitkilərlə
ətraf mühitin qarşılıqlı əlaqəsinin
molekulyar və biokimyəvi əsasları;
3) Ekoloji genomika: CO2, temperatur və quraqlığın bitkilərə,
bitki örtüyünə
və bitki ekosisteminin həyat fəaliyyətinə interaktiv
təsiri.
Qeyd etmək lazımdır ki, Cəlal Əliyev adına
beynəlxalq mükafat
ilk dəfə 2018-ci ildə
Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shenə verilmişdir.
Azərbaycan.- 2022.- 5 avqust.- S.11.