Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub

 

Azərbaycan Türkiyə prezidentləri tərəfindən təməli qoyulan uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam edir.

Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa olunur. Artıq layihə üzrə işlərin ümumi 57 faizi yerinə yetirilib. Hazırda yolun 0-22 44-48-ci kilometrlik hissələrində yol geyiminin tikintisi işləri, 25,9-115-ci kilometrlik hissəsində isə qazma, dolğu süni qurğuların tikintisi işləri görülür.

Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 kilometr təşkil edən şərti olaraq T1, T2 T3 adlandırılan 3 avtomobil tunelinin inşası da aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37 faizdir.

Ortalama uzunluğu 1822 metr olan T2 tunelinin sol istiqaməti üzrə ümumi 985,5, sağ istiqaməti üzrə isə ümumi 1166,35 metr məsafədə qazma püskürtmə beton işləri yekunlaşıb. Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə 1398 metr, sağ istiqaməti üzrə 1433 metr məsafədə qazma püskürtmə beton işləri başa çatıb.

"İnşaat Norma Qaydaları"nın tələblərinə əsasən, AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

 

Azərbaycan.- 2022.- 6 avqust.- S.1; 5.