Vətən qəhrəmanlarını unutmur

 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun Papravənd kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış  I qrup Vətən müharibəsi əlili Vidadi Əliyevlə görüşüb.

Görüş zamanı RİH başçısı Vidadi Əliyevin səhhəti və qayğıları ilə maraqlanıb. Vidadi Əliyev onu yaşayış eviminik avtomobili ilə təmin etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib, şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət mərkəzində saxlanılmasından, eləcə də doğma rayonu tərəfindən edilən maddi dəstəkdən razılığını və məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Vidadi Əliyev Prezidentin müvafiq sərəncamları ilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasına görə medalları ilə təltif edilmişdir.   

 

L.QULİYEV

 

Azərbaycan.- 2022.-11 avqust.- S.6.