Qafqaz Müsəlmanları İdarəsi
Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı
törədilən təcavüz aktı ilə bağlı bəyanat
yayıb
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı ilə bağlı bəyanat yayıb.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda deyilir:
“Qafqaz Müsəlmanları İdarəsi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir. Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər.
Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrı-seçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər, bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik.
Ölkəmizə qarşı təxribatların
arxasında dayanan və təşkilində
iştirak edən qüvvələr bilməlidirlər
ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə,
onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan
dindarları heç vaxt
belə qüvvələrin məkrli təxribatlarının
ardınca getməyəcəklər. Azərbaycan
bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi
ilə həqarət olunması yolverilməz təxribatdır
və ümidvarıq ki, Böyük
Britaniya hökuməti hadisə ilə
bağlı lazımi ölçü
götürəcəkdir. Düşmən qüvvələr
Zəfərimizin əsas mənbəyinin milli,
dini birliyimizin olduğunu gözəl bilir,
bu səbəbdən məhz bu birliyi hədəf
alırlar. Heç bir qüvvə güclü,
sarsılmaz Azərbaycan dövlətinin bayrağını
endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi
ənənələrimizə xələl gətirə bilməz.
Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə
yüksək qiymət verildiyi ölkəmizdə
milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq
sala və səflərimizi dağıda
bilməz. Milli-mənəvi dəyərlər bizim
ümummilli sərvətimizdir. Bütün qələbələrimizin
kökündə tarixən qoruyub
saxladığımız bu dəyərlər
durur və Azərbaycan bu
irsə istinadən hər zaman qələbələr
qazanacaq, yeni tarixi Zəfərlərə imza
atacaqdır, İnşallah!”
Azərbaycan.- 2022.- 6 avqust.- S.1; 4.