Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin
yerləşdirilməsi üçün
alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən
binanın satılması haqqında” 2008-ci il
5 fevral tarixli 2661
nömrəli, “Azərbaycan Respublikasında neft-qaz
emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin
hazırlanması üçün
Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında”
2009-cu il 23 sentyabr tarixli 492 nömrəli, “Tikinti
kompleksində səhmləri dövlət mülkiyyətində
olan səhmdar cəmiyyətlərinin
özəlləşdirilməsi haqqında” 2010-cu il 6 aprel tarixli
839 nömrəli, “Azərkosmos” Açıq
Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında”
2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında” 2011-ci il 29 aprel
tarixli 1478 nömrəli, “2011–2020-ci illərdə
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət
Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 16 may tarixli
1504 nömrəli, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə”
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 7 iyul
tarixli 1621 nömrəli və “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət
Mərkəzinin binasının təmiri və yenidən
qurulması haqqında” 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli
sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin
funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında
Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və “Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və “Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və “Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral
tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30
dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli
fərmanlarının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1. “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən binanın satılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 fevral tarixli 2661 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 69; 2010, ¹ 7, maddə 610) 2-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 sentyabr tarixli 492 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 721; 2010, ¹ 6, maddə 501; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.”.
3. “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli 839 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 309) 3-cü hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
4. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 409; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 2 (II kitab), maddə 341; 2017, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1847; 2018, ¹ 3, maddə 463; 2020, ¹ 5, maddə 601) 2.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 aprel tarixli 1478 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 4, maddə 360) 5-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 409; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1470, ¹ 10, maddə 1675; 2017, ¹ 8, maddə 1521) ilə təsdiq edilmiş “2011 – 2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı” hissəsinin 3.6-cı bəndinin “İcraçı” sütunundan “ƏMDK,” akronimi və həmin hissənin “Akronimlər” bəndinin altıncı və yeddinci abzasları çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 687; 2014, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027, ¹ 10, maddə 1266; 2016, ¹ 2 (II kitab), maddə 251; 2017, ¹ 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.2.8-ci yarımbəndinin “İcraçılar” sütununda “və Turizm Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “Azərbaycan” sözündən əvvəl “Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
8. “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri və yenidən qurulması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1057) 1-ci və 2-ci hissələrində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 6 avqust.- S.3.