Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində,
Yanğın təhlükəsizliyi haqqında, Yerin təki haqqında,
Balıqçılıq haqqında, Texniki
təhlükəsizlik haqqında, Atmosfer
havasının mühafizəsi haqqında, Tütün
və tütün məmulatı
haqqında, Telekommunikasiya haqqında,
Damazlıq heyvandarlıq haqqında, Təbii müalicə
ehtiyatları, müalicə-sağlamlaşdırma
yerləri və kurortlar haqqında,
Pambıqçılıq haqqında və Əqli mülkiyyət
hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə haqqında
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının 2022-ci il 8 iyul tarixli 586-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Yanğın təhlükəsizliyi haqqında, Yerin təki haqqında, Balıqçılıq haqqında, Texniki təhlükəsizlik haqqında, Atmosfer havasının mühafizəsi haqqında, Tütün və tütün məmulatı haqqında, Telekommunikasiya haqqında, Damazlıq heyvandarlıq haqqında, Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında, Pambıqçılıq haqqında və Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 586-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1245; 2008, ¹ 10, maddə 898; 2009, ¹ 4, maddə 219, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2016, ¹ 3, maddə 458; 2017, ¹ 3, maddə 360; 2018, ¹ 11, maddə 2278; 2021, ¹ 7, maddə 727) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin 9.14-cü bəndində öz səlahiyyətləri daxilində sözləri fəaliyyət istiqamətlərinə uyğun olaraq sözləri ilə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sözləri qanuna müvafiq olaraq sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Yanğın təhlükəsizliyi haqqında, Yerin təki haqqında, Balıqçılıq haqqında, Texniki təhlükəsizlik haqqında, Atmosfer havasının mühafizəsi haqqında, Tütün və tütün məmulatı haqqında, Telekommunikasiya haqqında, Damazlıq heyvandarlıq haqqında, Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında, Pambıqçılıq haqqında və Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 586-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2022-ci il
Azərbaycan.- 2022.- 6 avqust.- S.3.