Rusiya və Türkiyə prezidentləri
birgə bəyanat imzalayıblar
Soçidə
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb
Tayyib Ərdoğan arasında görüşün
yekunlarına dair birgə bəyanat imzalanıb.
AZƏRTAC
xəbər verir ki, bəyanatda liderlər regional və qlobal
təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini
inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
Tərəflər qarşılıqlı ticarətin həcmini
artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye,
turizm və tikinti sektorlarında qarşılıqlı fəaliyyəti
genişləndirmək üçün addımlar
atmağı qərara alıblar.
Rusiya
və Türkiyə prezidentlərinin bəyanatında qeyd
olunur ki, tərəflər Suriya və Liviyanın ərazi
bütövlüyü və siyasi birliyinin qorunub
saxlanmasına tərəfdardırlar, terror təşkilatlarına
qarşı birgə mübarizəni əlaqələndirməkdə
əzmlidirlər.
Dövlət
başçıları yüksək səviyyəli əməkdaşlıq
Şurasının növbəti iclasını Türkiyədə
keçirmək barədə razılığa gəliblər.
Azərbaycan.- 2022.- 6 avqust.- S.4.