Baş verən insidentin
bütün məsuliyyəti Ermənistanın
siyasi və hərbi rəhbərliyinin
üzərinə düşür
Dərs almasalar, cavab daha sərt olacaq
Ermənilər yenə yollarını azdılar. Bir sözlə, cızıqlarından
çıxdılar. Deyəsən, başları yenə
"dəmir yumruq"
istəyir. Əslinə qalsa, ermənilərin heç vaxt yolu olmayıb. Həmişə ipləri başqalarının
əlində olub.
Hara çəkiblərsə,
ora da gediblər.
Müstəqilliyimizi, inkişafımızı gözü götürməyənlər
illərdir ki, erməniləri qara ilan kimi yolumuzun
üstünə atırlar.
Müdriklərin belə
bir deyimi var: "Ya bir yol
tap, ya bir yol aç, ya da yoldan
çəkil". Bu binəvalar
nə yol tapa bilirlər, nə yol aça... Nə də yolumuzdan
çəkilirlər.
İllərdir ki, Azərbaycan Prezidenti, Müzzəffər
Ali Baş Komandan İlham Əliyev dəfələrlə onlara
izah edərək anlatmağa çalışıb
ki, getdiyiniz bu yol sizi
dalana dirəyib. Daha gedə
biləcəyiniz bir yer qalmayıb, ya ağıllı olun, ya da
ağıllı olacaqsınız. Anlamadılar. Anlamayanla bəzən öz
başa düşdüyü
dildə danışmaq
lazım gəlir.
"Dəmir yumruğ"un, gücün, silahın dili ilə. 2020-ci ilin
sentyabrında zəfər
yürüşünə çıxan
Azərbaycan Ordusu ermənini haqq etdiyi yerə kimi qovdu. Qaçdılar! Aman dilədilər! Yalvardılar!
Yıxdığını kəsməmək, aman diləyənə rəhm
etmək türkün
böyüklüyündəndir. Böyüklük etdik, "ağıllı
ol" dedik.
2020-ci il noyabrın 10-da üçtərəfli
Bəyanat imzalandı.
İmzalanan Bəyanatla Ermənistan
hökuməti Azərbaycan
ərazisindəki qeyri-qanuni
erməni silahlı dəstələrini çıxaracaqlarına
söz verdilər.
Üzərilərinə öhdəlik götürdülər.
Amma görünən budur ki, yenə ermənilik
edirlər. Nə imzalarına
hörmət qoyur, nə də sözlərinin üstündə
dururlar. Məqam düşən
kimi də erməni xislətlərini
işə salırlar.
Yeni
"planlar" qurub xam xəyala düşürlər. Ən pisi
də budur ki, bu özbaşınalıqlar
Qarabağda sülhün
təminatını öz
üzərinə götürmüş
üçtərəfli Bəyanata
imza atanlardan biri, Rusiya Federasiyasının
sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
ərazilərdə baş
verir. Görünən odur ki, ermənilər 44 günlük
zəfər müharibəsi
zamanı başına
gələnlərdən ya
yaxşı dərs almayıblar, ya da ağıllarını
tamailə itiriblər.
Üçtərəfli Bəyanatın müddəalarını
kobud surətdə pozub öz qanunsuz
silahlı dəstələrini
Azərbaycan ərazisindən
çıxarmayan erməni
tərəfi avqustun
3-də yenidən iştahlanaraq
Kəlbəcər və
Laçın rayonlarının
ərazisini əhatə
edən dağ silsiləsində yerləşən
Qırxqız yüksəkliyini
ələ keçirməyə
və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstəriblər. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Yaranmış insidentlə bağlı
dərhal Azərbaycan
Xarici İşlər
Nazirliyi bəyanat verib. Bəyanatda xüsusi olaraq vurğulanıb ki, Azərbaycan tərəfi Ermənistanın 2020-ci il
10 noyabr tarixli üçtərəfli Bəyanatla
üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin
hələ də Azərbaycan ərazisindən
çıxarılmadığını dəfələrlə bəyan
edib. Avqustun 3-də baş vermiş
qanlı insident bir daha Ermənistanın
üçtərəfli razılaşmanı
kobud şəkildə
pozduğunu, eyni zamanda iki dövlət
arasında münasibətlərin
normallaşdırılması istiqamətində səylərə
xələl gətirdiyini
nümayiş etdirir.
Bu, həmçinin Ermənistanın beynəlxalq
vasitəçilərin səylərinə
hörmətsizliyinin göstəricisidir.
Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti
qonşu dövlətin
torpaqlarında qanunsuz
silahlı birləşmələrini
hələ də çıxarmayan Ermənistanın
siyasi və hərbi rəhbərliyinin
üzərinə düşür.
Təbii ki, ermənilərin torpaqlarımızda törətdikləri
özbaşınalığa qarşı cavabı çox gözləmədik. Müzəffər Azərbaycan Ordusu dərhal keçirdiyi
"Qisas" əməliyyatı
ilə düşmənə
sarsıdıcı zərbələr
endirdi. Düşmən bir daha lazım olan dərsi aldı. Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi,
Sarıbaba və bir sıra digər
əhəmiyyətli hakim yüksəkliklər
nəzarətimizə götürüldü.
Müdafiə Nazirliyinin Mətbuat
xidmətinin məlumatında
bildirilir: "Hazırda
bölmələrimiz tərəfindən
əlverişli hədlərdə
yeni mövqelərin qurulması və təminat yollarının
çəkilməsi üzrə
mühəndis işləri
görülür". Eyni zamanda
Müdafiə Nazirliyi
onu da qeyd
edir ki, əməliyyat çərçivəsində
qeyri-qanuni erməni silahlı ünsürlərinin
bir neçə döyüş mövqeyi
dağıdılıb, keçmiş
Ağdərə rayonunun
Yuxarı Oratağ yaşayış məntəqəsindəki
hərbi hissəyə
havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni
silahlılarının canlı
qüvvəsi məhv
edilib və yaralanıb, həmçinin
bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri
və çoxlu sayda döyüş sursatları məhv edilib. Azərbaycanın suveren ərazilərində
törədiləcək istənilən
terror və təxribata
qarşı cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq".
Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan çıxışlarında dəfələrlə
qeyd edib ki, Ermənistanda revanşist qüvvələr
baş qaldırıb,
xam xəyallara düşsələr, Azərbaycan
tərəfinin mövqeyi
daha sərt olacaq. Gərək ki, Azərbaycan
tərəfinin sərt
üzünü görən
ermənilər indiyə
kimi başlarına gələnlərdən nəticə
çıxaraydılar. Əgər Azərbaycan ərazisində qalıb yaşamaq istəyirlərsə,
bunun yeganə yolu qanunlarımıza tabe
olmaqdan keçir. Əks halda Azərbaycan Ordusu heç kimin "ərköyün uşağının"
nazını çəkmək haqqında
üzərinə öhdəlik
götürməyib.
Elşən
QƏNİYEV
Azərbaycan.- 2022.- 7 avqust.- S.1; 3.